Əsas Səhifə > Dünya / Melange / Manşet / Üst manşet > Vladimir Jirinovski vəfat edib

Vladimir Jirinovski vəfat edib


6-04-2022, 15:52.
title}


Aprelin 6-da Rusiya Liberal Demokrat Partiyasının (LDP) sədri Vladimir Jirinovski uzun sürən xəstəlikdən sonra vəfat edib.

CivilAzerbaijan.com
bildirir ki, bu barədə Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin “Telegram” kanalında yazıb.

“Onun şəxsiyyəti o qədər genişmiqyaslıdır ki, onsuz müasir Rusiyanın siyasi sisteminin inkişaf tarixini təsəvvür etmək çətindir”, – deyə Volodin əlavə edib.

Qeyd edək ki, Vladimir Jirinovski 1946-cı ildə Almatı şəhərində anadan olub.

Orta təhsili Astana şəhərində alan V.Jirinovski 1964–1970-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin “Türk dili və ədəbiyyatı” fakültəsində təhsil alıb.

Eyni zamanda, 1977-ci ildə universitetin hüquq fakültəsini bitirib.

1992-ci ildə Vladimir Jirinovski Rusiya Liberal Demokrat Partiyasının təsis edir.

1993–2000-ci illər arasında Rusiya Federasiyası Dövlət Dumasının deputatı və LDP fraksiyasının lideri olur.

2000-ci ilin yanvarında Dövlət Dumasının sədr müavini seçilir.

Ümumilikdə Vladimir Jirinovski Dövlət Dumasının 6 çağırışından 6-sında (1993, 1995, 1999, 2003, 2007, 2011) iştirak edib və 3 çağırışda (1999–2011) sədr müavini olub.

O, 5 dəfə (1991, 1996, 2000, 2008, 2012) Rusiya Prezidenti postuna namizədliyini irəli sürüb və bununla da Rusiyada rekord vurub.
Geri qayıt