Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Buçada mülki əhalinin öldürülməsini müzakirə edən Rusiya hərbçilərinin səs yazısı üzə çıxıb

Buçada mülki əhalinin öldürülməsini müzakirə edən Rusiya hərbçilərinin səs yazısı üzə çıxıb


7-04-2022, 18:43.
title}


Almaniya kəşfiyyatı Rusiya hərbçilərinin Buçada dinc əhalinin öldürülməsini müzakirə etdiyi radio mesajlarını ələ keçirib.

CivilAzerbaijan.com
bildirir ki, bu barədə Almaniyanın “Der Spiegel” saytı məlumat verib.

Sayt kəşfiyyatın bu barədə məlumatı parlamentə aprelin 6-da verdiyini bildirib. Məlumatda kəşfiyyat xidmətinin əlində rusların qətlə yetirdikləri mülki vətəndaşların cəsədlərinin Buçanın əsas küçəsi boyunca səpələndiyi deyilən radio-mesaj olduğu deyilib.

Mesajların birində hərbçilərdən biri digərinə həmkarları ilə birlikdə velosiped sürən şəxsi güllələdiklərini deyib. “Der Spiegel”in yazdığına görə, başqa bir söhbətdə həmin şəxs deyib ki, Ukrayna əsgərləri əvvəlcə dindirilir, sonra isə güllələnir.

Almaniya kəşfiyyatı hesab edir ki, xüsusi qəddarlıq nümayiş etdirərək, mülki vətəndaşların öldürülməsində əsas rolu Suriyadakı müharibədə iştirak edən Vaqner muzdluları oynayıb.

“Der Spiegel” yazıb ki, Almaniya kəşfiyyatının ələ keçirdiyi səs yazıları Buçadakı qırğınlar nə təsadüfi deyil, nə də bəzi hərbçilərin təşəbbüsü ilə ilə həyata keçirilib. “Ən böyük ehtimal dinc əhalinin öldürülməsində məqsəd mülki vətəndaşları qorxutmaq və müqaviməti yatırmaq üçün edilən “aydın strategiyanın” bir hissəsi ola bilər” deyə, “Der Spiegel” daha sonra qeyd edib.

Amerikanın Səsinin xəbərində qeyd olunur ki, dərginin məlumatına görə, başqa yazılar da var, lakin onların dəqiq harada baş verdiyi hələlik bəlli deyil. Jurnalistlər Buçadakı hadisələrin başqa yerlərdə də baş verdiyini iddia edir.
Geri qayıt