Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Ursula von der Leyen və Josep Borrel Kiyevə gediblər - SƏBƏB

Ursula von der Leyen və Josep Borrel Kiyevə gediblər - SƏBƏB


9-04-2022, 18:05.
title}

Mənbə: Esslinger Zeitung

Avropa Komissiyasının rəhbəri və Avropa İttifaqının baş diplomatı Ukrayna prezidenti Volodimir Zelenskiyə dəstək və bloka üzvlük zəmanəti vermək üçün Kiyevə gəliblər.

CivilAzerbaijan.com
bildirir ki, Reuters agentliyinin xəbərinə görə Brüsseldən Kiyevə qatarla səfər edən Ursula von der Leyen bildirib ki, o Zelenskiyə Ukraynanın “Aİ cığırında” olmasına dair zəmanət gətirib:

“Avropa İttifaqı Şurasının hansısa ölkənin üzvlük ərizəsini qəbul etməsi adətən illərlə davam edir. Ukrayna bunu bir-iki həftəyə etdi və mən onu mümkün qədər tez hərəkət etməyə çağırıram”.

Avropa Komissiyasının rəhbəri əmin olduğunu bildirib ki, Ukrayna bu müharibədən “demokratik ölkə” kimi çıxacaq.

Avropa İttifaqının xarici işlər komissarı Josep Borrel deyib ki, onların Kiyevə səfəri Ukraynanın öz ərazisinə nəzarət etməsinin və hökumətin fəaliyyətdə olmasının göstəricisidir:

"Ukrayna istila və ya ram edilmiş ölkə deyildir. Onun xaricdən gələn müsafirləri hələ də qəbul edən hökuməti var və Kiyevə gəlmək mümkündür”, - Azadlıq Radiosunun xəbərində qeyd olunur.

Avropanın bir nömrəli diplomatı əlavə edib ki, Avropa İttifaqı qarşıdan gələn günlərdə Ukraynaya daha 500 milyon avro yardım edəcək.

Borrel habelə deyib ki, bu səfərdən məqsəd Aİ-nin Rusiyanın təklənməsi üçün gördüyü tədbuirlərin nümayiş etdirilməsidir.
Geri qayıt