Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet > ABŞ və Böyük Britaniya Cənubi Qafqazda barış istiqamətində addımları müzakirə edib

ABŞ və Böyük Britaniya Cənubi Qafqazda barış istiqamətində addımları müzakirə edib


12-04-2022, 17:06.
title}


Bazar ertəsi ABŞ dövlət katibinin müavini Vendi Şerman Vaşinqtonda Böyük Britaniyanın Avropa və Şimali Amerika məsələləri üzrə dövlət katibi Ceyms Kleverli ilə görüşüb.

CivilAzerbaijan.com
bildirir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.

Tərəflər “Cənubi Qafqazda sülhün və barışın bərqərarı səylərinə dəstək məqsədilə ikitərəfli əməkdaşlığı” müzakirə ediblər, - Dövlət Departamentinin bəyanatında deyilir.

Bu, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ilk birbaşa telefon danışığının olduğu vaxta təsadüf edib ki, Vaşinqton çoxdan buna çağırırdı.

Kütləvi informasiya vasitələrinin məlumatına görə, Ceyms Kleverli Vaşinqtona səfərindən öncə Azərbaycanın xarici işlər naziri ilə danışıb və daha öncə Yerevana da oxşar zəng edilib, Turanın xəbərində qeyd olunur.

Dövlət Departamentində görüş zamanı Şerman və Kleverli “Putinin Ukraynaya qarşı əsassız və haqsız müharibəsindəki vəhşiliklərə görə Kremlin məsuliyyətə cəlb edilməsi üçün ABŞ və Böyük Britaniya arasında davam edən sıx koordinasiyanı” müzakirə ediblər, Dövlət Departamentinin bəyanatında deyilir.
Geri qayıt