Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Putinlə görüşən Avstriya kansleri Karl Nehammerdən diqqətçəkən AÇIQLAMALAR

Putinlə görüşən Avstriya kansleri Karl Nehammerdən diqqətçəkən AÇIQLAMALAR


12-04-2022, 17:51.
title}


Avstriya kansleri Karl Nehammer Moskva ətrafında Vladimir Putinlə görüşündən danışıb.

Civilazerbaijan.com
bildiir ki, Avstriyalı jurnalistlər üçün keçirdiyi brifinqdə kansler Rusiya prezidenti ilə görüşdən müsbət təəssüratla ayrılmadığını söyləyib. O, Putinin sanksiyalara baxmayaraq, “Donbas məsələsini həll etmək”də israrlı olduğunu söyləyib. Bu zaman prezident Ukraynaya təcavüzə görə Rusiyaya tətbiq edilən sanksiyaları sərt saydığını bildirib.

Karl Nehammerin sözlərinə görə, o, Vladimir Putinə müharibənin mümkün qədər tez bitməli olduğunu, “Ukraynada insanlar öldükcə” sanksiyaların daha da sərtləşəcəyini söyləyib. Putin isə cavab verib ki, hərbi əməliyyatların tezliklə yekunlaşması “yaxşı olardı” və bu zaman, görünür, Rusiya şərtləri ilə yekunlaşmasını nəzərdə tutub. Kansler Putinin tamamilə “müharibə məntiqi ilə” düşündüyünü deyib.

Avstriya lideri görüşü “çox sərt”, “olduqca açıq” adlandırıb və səfərinin “dostluq səfəri” olmadığını vurğulayıb.

Tərəflər Rusiya işğalçılarından azad edilən Buçada onlarla dinc sakinin cəsədinin tapılmasını da müzakirə ediblər. “Bu mövzu ətrafında aramızda sərt toqquşma oldu, çünki prezident beynəlxalq aləmi qərəzlilikdə günahlandırır”, - Avstriya kansleri söyləyib.

Toplum TV-nin xəbərində qeyd olunur ki, Karl Nehammer fevralın 24-də Rusiyanın Ukraynaya təcavüzü başlayandan sonra Putinlə görüşən ilk Avropa lideridir. Avstriyanın “Kronen Zeitung” nəşri xəbər verir ki, görüş zamanı Nehammerin xahişinə görə əl sıxmaq və birgə şəkil çəkdirmək olmayıb.

Kansler şəkillərin Rusiya tərəfindən “təbliğat məqsədilə istifadə edilməməsi” üçün bu şərti irəli sürüb.
Geri qayıt