Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > NATO ölkələri Ukraynaya ağır silahlar göndərməyə başladı

NATO ölkələri Ukraynaya ağır silahlar göndərməyə başladı


26-04-2022, 16:07.
title}


Almaniya hökuməti Bundesverin arsenalından Ukraynaya "Gepard" özüyeriyən qurğularını göndərmək qərarına gəlib.


Civilazerbaijan.com
bildirir ki, bu barədə aprelin 26-da DPA agentliyi məlumat verib.

“Gepardlar” digər hərbi texnika növlərilə birlikdə yerüstü və hava hədəflərini məhv etmək üçün cəlb oluna bilər. Öz növbəsində, Fransa Ukraynaya Nexter CAESAR özüyeriyən artilleriya qurğuları verəcək.

ABŞ M142 HİMARS reaktiv yaylım atəşli sistemlərin (məsafə 300 kilometrə qədər) tədarükünə başlayıb. Britaniya 20 özüyeriyən artilleriya qurğusu və 45 min mərmi (məsafə 24 kilometr) göndərəcək.

Kanada 155 millimetrlik M777 haubitsaları və onlar üçün mərmiləri, eləcə də M982 Excalibur (məsafə 40 kilometrədək) GPS uzun mənzilli mərmilər göndərib.

Turanın xəbərində qeyd olunur ki, ötən gün Ukrayna prezidenti Vladimir Zelenski Qərb tərəfdaşlarının nəhayət ki, Ukraynaya lazım olanları göndərməyə başlamasından məmnunluğunu ifadə edib.
Geri qayıt