Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Svetlana Tixanovskayadan Belarusla bağlı Qərb liderlərinə MÜRACİƏT
Svetlana Tixanovskayadan Belarusla bağlı Qərb liderlərinə MÜRACİƏT1-05-2022, 15:49. |
ABŞ rəsmi şəxsləri və Belarus demokratik müxalifətinin liderləri Lukaşenko rejiminin Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləməsini və Vaşinqtonun əlbirliyə görə rejimin məsuliyyətə cəlb olunması istiqamətində səylərini müzakirə ediblər. Civilazerbaijan.com bildirir ki, cümə günü Dövlət Departamentində dövlət katibinin müavini Vendi Şerman Svetlana Tixanovskaya ilə görüşüb. Görüşə dövlət katibi Entoni Blinken də qatılıb. "Dövlət katibinin müavini Şerman xanım Tixanovskaya ilə birlikdə Lukaşenko rejiminin demokratik səsləri susdurmasına son qoyulmasına, Belarusdakı bütün siyasi məhbusların qeyd-şərtsiz azad edilməsinə çağırıblar və Birləşmiş Ştatların Belarus xalqının demokratiya səylərinə daim dəstək verdiyini vurğulayıblar", - Dövlət Departamentinin bəyanatında deyilir. Jurnalistlərin qarşısında çıxış edən Tixanovskaya deyib ki, Vaşinqtonda rəsmi şəxslərlə görüşlər zamanı gələcək sanksiyaların gücləndirilməsi və mövcud boşluqların qapadılması ilə bağlı müzakirələr aparıb. O həmçinin Lukaşenkonun Rusiyanın Ukraynada müharibəyə bağlı olduğuna dair sübutları ABŞ hökumətinə təqdim edib. Turanın xəbərində qey olunur ki, Tixanovskayanın fikrincə, sanksiyalar Rusiyaya tətbiq olunanlarla “eyni gücdə olmalıdır”, dövlət banklarına və dövlət müəssisələrinə qarşı yönəldilməlidir. “Biz Rusiyanın öz sanksiyalarından yan keçmək üçün Belarusdan necə istifadə etdiyini görürük”, - o deyib və polad ixracını misal çəkib. Geri qayıt |