Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Böyük Britaniyadan Moskva birjasının statusu ilə bağlı QƏRAR
Böyük Britaniyadan Moskva birjasının statusu ilə bağlı QƏRAR5-05-2022, 17:19. |
Böyük Britaniya Moskva Birjasının (MOEX) rəsmən tanınmış fond birjası statusunu ləğv edib. Bu addım Rusiya Bankının xarici investorlara qadağalarına cavab olaraq atılıb. Bank isə Rusiyanın Ukraynaya hücumundan sonra Qərbin Moskvaya maliyyə sanksiyalarından sonra bu məhdudiyyətləri tətbiq edib. Civilazerbaijan.com bildirir ki, Böyük Britaniyanın Vergi və Gömrük İdarəsi (HMRC) mayın 5-də "rəsmən tanınmış fond birjaları"nın siyahısını yeniləyib, MOEX-in statusunun ləğv olunduğunu, qərarın dərhal qüvvəyə mindiyini bildirib. Seçim qalmayıb... "Moskva Birjası xarici investorlara məhdudiyyətləri qaldırmadığından Böyük Britaniyanın da onun rəsmən tanınmış statusunu ləğv etməkdən başqa seçimi qalmır", – Xəzinədarlığın Maliyyə katibi Lüsi Freyzer deyib. "Bu məhdudiyyət Rusiya aktivlərinə pul axınını dayandıracaq, Rusiyaya yeni investisiya qoyulmayacağına aydın mesaj verəcək", – o vurğulayıb. Rəsmən tanınmış birja statusu britaniyalı rezidentlərə birjada qiymətli kağızların alqı-satqısı zamanı müəyyən vergi imtiyazları verir, - Azadlıq Radiosunun xəbərində qeyd olunur. Rusiya fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayandan sonra Britaniya da ABŞ, Avropa İttifaqı və bir çox digər müttəfiqlər kimi, Moskvaya, Prezident Vladimir Putinə və ailəsinə, Rusiya şirkətlərinə, milyarderlərə, hökumətin aparıcı rəsmilərinə sanksiyalar açıqlayıb. Geri qayıt |