Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Ermənistan müxalifətinin 9 noyabr 2020-ci il tarixli bəyanatdan imtinayla bağlı FƏALİYYƏT PLANI

Ermənistan müxalifətinin 9 noyabr 2020-ci il tarixli bəyanatdan imtinayla bağlı FƏALİYYƏT PLANI


10-05-2022, 12:51.
title}


Aprelin sonlarında müxalifətin mitinqlərinin başlanmasından bəri ilk dəfə olaraq, baş nazir Nikol Paşinyana qarşı erməni qüvvələrin siyasi ittifaqı mövcud hakimiyyəti devirməklə həyata keçirmək niyyətində olduğu fəaliyyət planını açıqlayıb.

Civiliazerbaijan.com
bildirir ki, mayın 9-da Yerevanda Fransa meydanında keçirilən mitinqdə Milli Assambleyanın keçmiş spikeri İşxan Saqatelyan müxalifətin fəaliyyət planını təqdim edib: Paşinyan hakimiyyətini devirmək, müvəqqəti hökumət formalaşdırmaq və 1-5 ildən sonra ümumxalq seçkiləri keçirmək.

Müxalifət strateji tərəfdaş ölkələrin cəlb edilməsinə əsaslanaraq Ermənistan Silahlı Qüvvələrini bərpa etmək, keyfiyyətcə yeni diplomatiya yaratmaq, Azərbaycanın tərkibində Qarabağın statusunu və Ermənistanla etibarlı quru əlaqəsi olmadan anklav vəziyyətini istisna etməklə, Ermənistan Respublikasının Qarabağın təhlükəsizliyinin və Qarabağın özünü müəyyənetmə hüququnun təminatçısı olmağa sadiqliyini təsdiqləmək, 1994-cü il ATƏT formatında və məqsədləri çərçivəsində danışıqlar prosesini bərpa etmək niyyətindədir.

Saqatelyan qeyd edib ki, yeni hakimiyyət Ermənistanın suverenliyi və ərazi bütövlüyü hesabına kommunikasiyaların açılması adı altında dəhlizlərin verilməsini, Azərbaycan tərəfdən güc tətbiqilə sərhədlərin demarkasiyasını istisna etməlidir, Ermənistan-Türkiyə münasibətlərində "erməni xalqının vətəndən məhrum edilməsi və soyqırımın tanınması faktını şübhə altına alan hər hansı saziş istisna ediləcək".

Yerevanda Fransa meydanında Yerevan Dövlət Universitetinin Tələbə Şurasının sədri David Apoyan revanşist niyyətlərdən danışıb: "Biz gələcəyimizi Şuşada və Hadrutda qurmalıyıq". Vətən Partiyasının sədri Artur Vanesyan isə 2020-ci ildə ermənilərin məğlubiyyətə qədər qeyd etdikləri "Şuşanın azadlığı" bayramını bərpa etməyə çağırıb.

Müxalifətin proqramı baş nazir Paşinyan, prezidentlər Əliyev və Putinin imzaladıqları 9-10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı rədd edən tezislərdən ibarətdir.

Turanın məlumatında qeyd olunur ki, mayın 4-də Rusiya Xarici İşlər Nazirliyi erməni siyasətçiləri "İlk növbədə, 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların bütün müddəalarının həyata keçirilməsi, həmçinin Yerevanla Bakı arasında sülh sazişinin bağlanması vasitəsilə" Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına fəal yardım etməyə çağırıb.
Geri qayıt