Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Bu ölkə Rusiyanın '"Terrorçu dövlət" elan olunması haqqında qətnamə qəbul etdi

Bu ölkə Rusiyanın '"Terrorçu dövlət" elan olunması haqqında qətnamə qəbul etdi


10-05-2022, 22:25.
title}


Litva parlamenti – Seym Rusiyanı “terrorçu dövlət” elan edən və Moskvanın Ukraynaya səbəbsiz və əsassız müdaxiləsini “Ukrayna xalqının soyqırımı” adlandıran qətnaməni yekdilliklə qəbul edib.

Civilazerbaijan.com
bildirir ki, mayın 10-da səsə qoyulmuş qətnamədə millət vəkilləri Ukraynadakı müharibəyə görə məsuliyyət daşıyan Rusiya rəsmiləri üçün II Dünya Müharibəsindən sonra müttəfiqlərin nasist Almaniyası üçün qurduğu Nürnberq tribunalına bənzər məhkəmənin yaradılmasına çağırırlar:

"Silahlı Qüvvələri mülkiləri bilərkdən və sistematik bombardman edən Rusiya Federasiyası terrorizm aktlarına dəstək verən və belə aktları həyata keçirən dövlətdir”.

SSRİ-nin “xortlaması”

Rusiya prezidenti Vladimir Putini sovet diktatoru İosif Stalinə bənzədən qətnamədə müasir Rusiyanın Sovet İttifaqının “xortlaması” olduğu vurğulanır.

Qətnamə BMT-ni, Avropa Parlamentini, AŞPA-nı, NATO Parlament Assambleyasını, xarici parlament və hökumətləri Rusiya Federasiyasının soyqırım, müharibə cinayətləri və insanlığa qarşı cinayətlər törətməsini tanımağa və onu mühakimə etməyə çağırır.

Ötən ay digər iki Baltik ölkəsi – Estoniya və Latviya da Rusiyanı Ukrayna xalqının soyqırımında ittiham edən qətnamələr qəbul edib, Azadlıq Radiosunun məlumatında qeyd olunur.

Bundan başqa Rusiyanın Ukraynaya müdaxiləsinin rəmzinə çevrilmiş “Z” və “V” işarələri Baltik ölkələrinin hamısında qadağan edilib.
Geri qayıt