Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Finlaniyadan NATO ilə bağlı BƏYANAT

Finlaniyadan NATO ilə bağlı BƏYANAT


12-05-2022, 17:56.
title}


Finlandiyanın Prezidenti Sauli Niisto və Baş nazir Sanna Marin cümə axşamı NATO-ya qoşulmağa razılıqlarını ifadə ediblər.

Civilazerbaijan.com
bildirir ki, bu addım Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə cavab olaraq ölkədə baş verən böyük siyasət dəyişikliyini tamamlayacaq.

“NATO üzvlüyü Finlandiyanın təhlükəsizliyini gücləndirəcək. Finlandiya, NATO üzvü olaraq bütün müdafiə alyansını gücləndirəcək” – deyə, onlar birgə bəyanatda bildiriblər. “Finlandiya gecikmədən NATO üzvlüyünə müraciət etməlidir. Biz ümid edirik ki, ölkə daxilində bu qərarı vermək üçün gərəkli olan addımlar növbəti bir neçə gün ərzində atılacaq.”

Liderlər deyib ki, onlar bu qərarı Finlandiya Parlamenti və ictimaiyyətə məsələni nəzərdən keçirmək, NATO və qonşu İsveçlə məsləhətləşmək üçün vaxt tanıyandan sonra veriblər. İsveç rəsmilərinin də növbəti günlərdə NATO-ya müraciət edib-etməməyi nəzərdən keçirəcəkləri gözlənilir.

NATO-nun baş katibi Yens Stoltenberq aprelin sonunda deyib ki, əgər Finlandiya və İsveç müracitə etsə, “onlar müsbət qarşılanacaq və mən də prosesin sürətli olacağını gözləyirəm.”

“NATO-nun genişlənməsi və ittifaqın bizim sərhədlərimizə yanaşması dünyanı və qiəmizi daha sabit və təhlükəsiz etmir,” Kremlin sözçüsü Dmitri Peskov cümə axşamı müxbirlərə deyib, - Amerikanın səsinin xəbərində qeyd olunur.

Ukrayna Prezidenti Volodimir Zelenski tvit ataraq deyib ki, o, Niinsto ilə telefon danışığı zaman Finlandiyanın qərarını alqışlayıb.
Geri qayıt