Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Roma Papasından silah satışı ilə bağlı dünya liderlərinə ÇAĞIRIŞ
Roma Papasından silah satışı ilə bağlı dünya liderlərinə ÇAĞIRIŞ25-05-2022, 18:59. |
Mənbə: Sky News Papa Fransis çərşənbə günü bildirib ki, Texas məktəbində azı 19 uşağın və 2 müəllimin ölümü ilə nəticələnən hücum onun "ürəyini ağrıdıb". Roma Papası silahlara daha çox nəzarət edilməsinə çağırıb. Civilazerbaijan.com bildirir ki, ABŞ-da baş verən son on ilin ən ağır hücumdan bir gün sonra, Papanın həftəlik ümumi çıxışı üçün Müqəddəs Pyotr Meydanında toplaşanlar onun müraciətini alqışlayıb. "Texas ştatında ibtidai məktəbdə törədilən qətliamdan ürəyim ağrıdı. Öldürülən uşaqlar, böyüklər və onların ailələri üçün dua edirəm", - Fransis Texasın Uvalde şəhərində baş verən silahlı hücumla ilə bağlı deyib. "Silahların fərq qoymadan alqı-satqısına "bəsdir" deməyin vaxtıdır. Gəlin hamımız bir öhdəliyi götürək ki, bu cür faciələr bir daha təkrarlanmasın", o deyib. Hücumdan bir neçə saat sonra nəzərəçarpacaq şəkildə sarsılmış prezident Co Bayden amerikalıları sərt odlu silah təhlükəsizliyi qanunlarının qəbuluna mane olmaqda günahlandırdığı siyasi cəhətdən güclü silah lobbisinə qarşı durmağa çağırıb. Fransis tez-tez silah sənayesi ilə bağlı danışıb. 2015-ci ildə o, silah istehsal edən və ya silah sənayesinə sərmayə qoyan insanların özlərini xristian adlandırdıqları üçün onların ikiüzlü olduqlarını deyib. Amerikanın Səsinin xəbərində qeyd olunur ki, Texasdakı hücum Uvalde şəhərində baş verib. Rəsmilərin dediyinə görə, 18 yaşlı silahlı şəxs ilk öncə nənəsini güllələyib, daha sonra sürdüyü maşını məktəb yaxınlığında divara çırpıb, daha sonra məktəbə daxil olaraq oradakı insanları güllələyib. Silahlı şəxs daha sonra hüquq-mühafizə orqanları tərəfindən öldürülüb. Geri qayıt |