Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Ərdoğan ölkədən qaçmaq planları qurur - KILICDAROĞLU

Ərdoğan ölkədən qaçmaq planları qurur - KILICDAROĞLU


26-05-2022, 01:32.
title}


Türkiyədə Cumhuriyyət və Halk Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu prezident Rəcəb Tayyib Ərdoğan və ailə üzvlərinin xaricə qaçmağa hazırlaşdığını söyləyib.

Civilazerbaijan.com
bildirir ki, Kılıçdaroğlu mayın 24-ü axşam saatlarında sosial media hesablarında "Bir qaçış planının anatomiyası" adlı video paylaşıb.

O, qaçış hazırlığı çərçivəsində TÜGVA və Ensar fondları vasitəsilə ABŞ-da paralel fonda 1 milyard türk lirəsi köçürüldüyünü iddia edib.

K. Kılıçdaroğlu bu pulun R.T.Ərdoğan və ailəsinin xaricə getməsi üçün hazırlıqlar çərçivəsində köçürüldüyünü iddia edib:

"Amerikada fond qururlar. Niyə Amerika? Ölkəni Qətərə çevirənlər, gözləyirsiniz ki, Qətərə gedəcəklər? Bilirlər ki, o ölkələrdə qanun yoxdur. Birinci təyyarə ilə onları geri göndərərlər".

Partiya sədri hər iki fondun ABŞ-da TÜRKEN Vəqfi adı ilə birgə fəaliyyət göstərdiyini də vurğulayıb. K.Kılıçdaroğlu əllərində pul köçürülmələrinə aid sənədlərin olduğunu da söyləyib.

Hakim Ədalət və İnkişaf partiyası(AKP)- nin sözcüsü Ömər Çelik dövlət kanalına açıqlamasında sözügedən fondların oradakı tələbələrə xidmət etmək üçün yaradıldığını söyləyib. O, həmçinin lazımi qanuni addımları atacaqlarını və K.Kılıçdaroğluna 'çox sərt cavab' verəcəklərini bildirib. AKP sözçüləri müxalifət liderinin ölkədə qarışıqlıq salmağa çalışdığını deyib.

Toplum TV-nin məlumatında qeyd olunur ki, adı çəkilən fondlar da iddiaları yalanlayıb.
Geri qayıt