Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Prezident Biden Ukraynaya səfər edəcəkmi? - AÇIQLAMA

Prezident Biden Ukraynaya səfər edəcəkmi? - AÇIQLAMA


26-05-2022, 03:14.
title}


Birləşmiş Ştatların bir sıra yüksək səviyyəli rəsmiləri fevral ayında Ukraynada müharibə başlayandan sonra təhlükənin yüksək qaldığı şəraitdə ölkəyə səfərlər edib. ABŞ Dövlət katibi Antonio Blinken və Müdafiə naziri Lloyd Astin, bunun ardınca ABŞ-ın birinci xanımı Cill Bidendən sonra ABŞ Konqresinin Demokrat və Respiblikaçı liderləri Birləşmiş Ştatların dəstəyini ifadə etmək məqsədilə Ukraynaya səfər ediblər. Prezident Biden Ukraynaya səfər etmək istədiyini deyib, lakin Ağ Ev hələlik konkret planların olmadığını bildirib.

Civilazerbaija.com
bildirir ki, ABŞ prezidenti Joe Biden son həftələr müharibənin davam etdiyi Ukraynaya Amerikanın bir neçə yüksək səviyyəli rəsmi nümayəndəsini göndərib. Lakin Ağ Ev prezidentin özünün hələlik təhlükəli səfəri etməklə bağlı planı olmadığını bildirib.

Ağ Evin mətbuat katibi Karin Can-Pyerin bildirdiyinə görə, bu, istəyin olmaması ilə bağlı deyil.

“O, gələcəkdə Ukraynaya səfər etmək istəyir. Amma indiki zamanda deməliyəm ki, onun getmək planı yoxdur. O, Dövlət katibi Blinkeni və Müdafiə naziri Austini Ukraynaya olan sarsılmaz öhdəliyimizi nümayiş etdirmək üçün Kyivə göndərdi. Birinci xanım hamınızın bildiyi kimi, Amerika xalqının Ukrayna xalqının yanında olması ilə bağlı mühüm mesaj göndərmək üçün Analar Günündə səfər etdi,” Karin Can-Pyer deyib.

Biden əvvəlcə kabinetinin iki yüksək səviyyəli rəsmisi - Dövlət katibi Antoni Blinkeni və Müdafiə naziri Lloyd Austini hücum altında olan paytaxt Kyiveə göndərdi. Onlar orada olduğu zaman ABŞ-ın Kyivdə bağlanmış səfirliyi üçün səfir vəzifəsinə namizədi elan etdilər və 713 milyon dollarlıq hərbi dəstək vədi verdilər.

Bundan sonra birinci xanım Cill Biden sərhəd şəhərlərindən birinə səfər etdi və Analar Günündə Ukraynanın birinci xanımı ilə birlikdə emosional bir müraciətlə çıxış etdi.

“Ukrayna xalqı ilə bu müharibənin dayandırılmasının lazım olduğunu bölüşmək vacib idi. Bu, amansız müharibədir və ABŞ xalqı Ukrayna xalqının yanındadır,” Cil Biden deyib.

Bunun ardınca ABŞ Konqresinin iki nümayəndə heyəti dəstək nümayiş etdirmək məqsədilə Kyivə səfər edib.

Lakin prezident tarixçisi Ceremi Surinin bildirdiyinə görə, prezidentin müharibənin getdiyi bölgələrə səfər etməsi daha yüksək risk deməkdir və tarixən bunun verdiyi nəticə də o qədər böyük olmur.

“Gətirə biləcəyim misalların heç birində prezidentin səfərinin müharibənin nəticəsinə həqiqətən də təsir etdiyinə dair bir sübut yoxdur. Bu, simvolik məna daşıyır. Bu, siyasi baxımdan önəmlidir. Lakin səfər etməmək siyasətinizi pozmadığı kimi, səfər də siyasətinizi müəyyən etmir,” Texas-Austin Universitetində tarixçi Ceremi Suri bildirib.

Tarixçinin sözlərinə görə, prezidentlər əvvəllər ABŞ hərbi qüvvələrinin mövcud olduğu yerlərə səfər ediblər. Lakin burada vəziyyət prezident səviyyəsində yüksək bir fiqur üçün bunu qeyri-adi dərəcədə riskli edir. O əlavə edib ki, ölüm təhlükəsi prezidentin orada qarşılaşa biləcəyi yeganə risk deyil.

“Corc Buşun İraq lideri ilə birgə mətbuat konfransı keçirdiyi zaman iraqlı jurnalistin ona ayaqqabı atması ilə bağlı bədnam hadisə var. Ölkədən kənarda, müharibə zonasında olduğunuz zaman çox şey səhv yola düşə bilər. Hətta bütün yoxlanışlara baxmayaraq, həqiqətən də prezidentin ətrafında olan bu insanların kim olduğunu bilmirsiniz. Bu, Amerikanın əsgərlərinin olmadığı zaman xüsusilə problemlidir,” o deyib.

Amerikanın Səsinin məlumatına görə, Suri qeyd edir ki, Ukraynada mövcud təhlükələr o deməkdir ki, Bidenin hər hansı səfəri baş tutana qədər siri olacaq qalacaq. Buna görə də, bu iki liderin yenidən üz-üzə görüşünə qədər bir müddət keçə bilər.

Müharibənin davam etdiyi müddətdə Biden və Putinin də nə zaman görüşəcəyi məlum deyil.
Geri qayıt