Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Daha bir ölkə Rusiyanın Ukraynadakı müharibə cinayətlərini soyqırım kimi tanıyıb

Daha bir ölkə Rusiyanın Ukraynadakı müharibə cinayətlərini soyqırım kimi tanıyıb


3-06-2022, 10:04.
title}


İrlandiya parlamentinin yuxarı palatası senat Rusiyanın Ukraynadakı hərəkətlərini soyqırım kimi tanıyan qətnamə qəbul edib.

Civilazerbaijan.com
bildirir ki, bu barədə məlumatı özünün Twitter hesabından senatın spikeri Mark Deyli paylaşıb.

Sənəddə deyilir ki, Rusiyanın Ukraynaya müdaxiləsi tamamilə əsassız idi və buna görə də beynəlxalq hüquqa ziddir:

"Rusiya hərbçilərinin hərəkətləri BMT-nin soyqırım cinayətlərinin önlənməsi və bu cinayətlərə görə cəzalandırmaya dair BMT Konvensiyasının soyqırım təfsirinə tamamilə uyğundur”.

Senat dünya ölkələrini Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinə və Rusiyadan neft, qaz və kömürün idxalına qadağan qoyulması üzərində işin davam etdirilməsinə çağırıb.

Qətnamədə deyilir ki, bunların satışından əldə olunan vəsait “Rusiyanın Ukraynaya qarşı hərb maşınının” maliyyələşdirilməsinə xərclənir.

Bundan əvvəl Kanada, Latviya, Estoniya, Litva və Çexiyanın parlamentləri Rusiyanın Ukraynadakı hərəkətlərini soyqırım kimi tanıyan qətnamələr qəbul edib.

Bundan başqa Litva parlamentinin qəbul etdiyi qətnamədə deyilir ki, “Rusiya terroru dəstəkləyən və həyata keçirən dövlətdir”.

Aprelin ortalarında ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinin Ukrayna siyasətini soyqırım adlandırmışdı:

"Mən bunu soyqırım adlandımışam, çünki getdikcə daha da aydın olur ki, Putin sadəcə olaraq ukraynalı olmaq fikrinin yer üzündən silinməsinə can atır. Rusların Ukraynada törətdikləri çox dəhşətli əməllər barədə sübutlar artır”.

Rusiya lobbiçilərinə qadağan

Bu arada Ukraynada müharibəyə görə Rusiya lobbiçilərinə Avropa Parlamentinə giriş qadağan edilib.

Reuters agentliyinin yazdığına görə parlamentin sədri iyunun 2-də deyib ki, “Avropa özünü Kremlin təsir və təbliğatından qorumalıdır”.

Avropa Parlamentinin sədri Roberta Metsola iyunun 2-də Twitter-də yazıb:

"Bu qərar dərhal qüvvəyə minir. Rusiya şirkət nümayəndələrinə giriş qadağan olunur. Biz onların Ukraynaya müdaxilə ilə bağlı təbliğatlarını və saxta mülahizələrini yaymalarına imkan verməməliyik”.

Parlamentin liberal Renew fraksiyası bu addımı alqışlayıb və onu “Rusiyanın dövlət təbliğat maşınına zərbə” adlandırıb.

Azadlıq Radiosunun məlumatına görə, Fraksiya bildirib ki, bu qərar Rusiyanın “davakar lobbiçilərini Avropa siyasətçilərini və siyasətlərini təsirləndirmək imkanını məhdudlaşdıracaq".
Geri qayıt