Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Yens Stoltenberqdən Rusiya-Ukrayna müharibəsi haqqında YENİ AÇIQLAMA
Yens Stoltenberqdən Rusiya-Ukrayna müharibəsi haqqında YENİ AÇIQLAMA20-06-2022, 12:21. |
Mənbə: Defensenews.com "Rusiyanın Ukraynaya qarşı müharibəsi illər boyu davam edə bilər". Civilazerbaijan.com bildirir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq “Bild am Sonntag” qəzetinə müsahibəsində deyib. “Biz bunun illərlə davam edə bilməsinə hazırlaşmalıyıq. Biz Ukraynaya dəstəyimizi zəiflətməməliyik. Hətta xərclər – təkcə hərbi yardıma görə yox, həm də enerji daşıyıcılarının və ərzaq daşıyıcılarının qiymətinin qalxmasına görə - çox yüksək olsa da”, - NATO Baş katibi söyləyib. O bildirib ki, əgər bu müharibədən sonra da Vladimir Putin 2008-ci ildə Gürcüstanda və 2014-cü ildə Krımda olduğu kimi davrana biləcəyini hesab etsə, NATO “daha böyük bədəl ödəməli olacaq”. Böyük Britaniyanın Baş naziri Boris Conson Ukraynaya ikinci səfərindən sonra “The Sunday Times” üçün yazdığı məqalədə Qərb liderlərini Ukraynanın tam qələbəsinə qədər çəkəcək uzunmüddətli müharibəyə hazırlaşmağa çağırıb. Ukraynanın “müharibənin son mərhələsindən uzaq” olmasını bu ərəfədə ölkənin Milli təhlükəsizlik və müdafiə şurasının katibi Aleksey Danilov da söyləyib, Toplum TV-nin məlumatında qeyd olunur. Qeyd edək ki, Rusiya 2022-ci il, fevralın 24-də Ukraynada "xüsusi hərbi əməliyyat adlandırdığı" genişmiqyaslı müharibəyə başlayıb. Geri qayıt |