Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Avropanın bu ölkəsində evdən işləmək qanuniləşdirilir

Avropanın bu ölkəsində evdən işləmək qanuniləşdirilir


7-07-2022, 12:36.
title}


Niderland parlamenti əmək qanunvericiliyində dəyişikliklərə səs verərək işçilərə evdən işləmək hüququnu tanımaqdadır. İndi işəgötürənlərdən, əgər bu, mümkün olarsa, işçilərinə evdən çalışmağa icazə vermələri tələb olunacaq.

Civilazerbaijan.com
bildirir ki, qanunvericiliyə edilən dəyişikliklər Niderland parlamentinin aşağı palatasında bəyənilib və təsdiq üçün Senata təqdim edilib.

Ekspertlərin fikrincə, oxşar düzəlişlər tezliklə digər Avropa ölkələrində də qəbul oluna bilər. Bu da Avropa İttifaqında məşğulluğun mənzərəsini dəyişəcək.

Evdən iş 2020-2021-ci illərdə COVID-19 pandemiyası zamanı Avropada və bir çox başqa ölkələrdə kütləvi təcrübədən keçirilib. İndi koronavirus məhdudiyyətləri, demək olar ki, hər yerdə qaldırılıb, lakin uzaqdan işin bir çox çalışan və işəgötürən üçün əlverişli olduğu üzə çıxıb. Bir çox işçilər daha çevik iş saatlarından məmnundurlar və işəgötürənlər ofis xərclərinin aşağı olduğunu görürlər.

Azadlıq Radiosunun məlumatında qeyd olunur ki, əksər ölkələrdə məsafədən iş qrafiki məsələləri qanunla tənzimlənmir və hər bir şirkət rəhbərliyinin şəxsi qərarı ilə tənzimlənir.

Məsələn, iyunda "Tesla"nın rəhbəri İlon Mask bütün işçilərdən, o cümlədən vəzifələrini uzaqdan yerinə yetirə bilənlərdən, müqavilədə nəzərdə tutulduğu kimi, həftədə 40 saat ofisdə olmalarını, əks halda isə, işdən çıxmalarını tələb etmişdi.


Geri qayıt