Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > ABŞ Dövlət Departamenti: Ukraynada sülh Kremlin şərtləri ilə olmayacaq

ABŞ Dövlət Departamenti: Ukraynada sülh Kremlin şərtləri ilə olmayacaq


20-07-2022, 13:07.
title}


Çərşənbə axşamı Vaşinqton Moskvanın Ukraynada sülhün "Kremlin şərtləri ilə" olacağı haqqında iddialarını rədd edib.

Civilazerbaijan.com
bildirir ki, bu barədə Dövlət Departamentinin nümayəndəsi Ned Prays Turan-ın xahişi ilə RF-nin sabiq prezidenti Dmitri Medvedevin "Rusiyanın bütün məqsədlərinə nail olacağı və sülhün onların şərtləri ilə olacağı" haqqında bəyanatını şərh edərkən söyləyib.

"Moskvanın strateji məqsədlərini həyata keçirməsinə imkan verilməyib", deyə Ned Prays bildirib.

Praysın sözlərinə görə, bir neçə ay əvvəl Rusiya Ukrayna hökumətini devirmək, Ukrayna xalqını özünə tabe etmək, NATO-nu və bütünlükdə beynəlxalq ictimaiyyəti dağıtmaq məqsədilə müharibəyə başlayıb. Amma Moskva bütün bu strateji məqsədlərində uğursuzluğa düçar olub, deyə o qeyd edib.

"Bizim vəzifəmiz Ukraynalı tərəfdaşlarımıza öz ərazilərinin və azadlıqlarının müdafiəsi üçün lazım olan hər şeyi verməklə, onları dəstəkləməkdən ibarətdir", deyə o əlavə edib.
Geri qayıt