Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Avropa İttifaqından Rusiyaya qarşı yeddinci sanksiyalar PAKETİ
Avropa İttifaqından Rusiyaya qarşı yeddinci sanksiyalar PAKETİ21-07-2022, 19:47. |
Avropa İttifaqı Şurası Rusiyaya qarşı yeddinci sanksiyalar paketini təsdiqləyib. Civilazerbaijan.com bildirir ki, bu barədə Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen “Twitter” hesabında yazıb. O bildirib ki, yeni sanksiyalar paketinin bütün təfərrüatları Aİ-nin rəsmi jurnalında dərc edildikdən sonra qüvvəyə minəcək. İyulun 20-də Avropa İttifaqına üzv ölkələrin daimi nümayəndələri Rusiyaya qarşı yeddinci sanksiyalar paketini təsdiqləyiblər. Sanksiya siyahısına 50-dən çox fiziki və hüquqi şəxsin, o cümlədən siyasətçilərin və hərbçilərin daxil edildiyi dəqiqləşdirilib. Yeni sanksiyalar paketinə rus qızılının qadağan edilməsi də daxildir. Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb. Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib. 600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb. Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib. Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb. Meydan TV-nin məlumatında qeyd olunur ki, Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur. İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib. Geri qayıt |