Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Rusiya daha 5 ölkəni “qeyri-dost ölkələr” siyahısına salıb - SİYAHI

Rusiya daha 5 ölkəni “qeyri-dost ölkələr” siyahısına salıb - SİYAHI


22-07-2022, 22:42.
title}


Yunanıstan, Danimarka, Slovakiya, Sloveniya və Xorvatiya Rusiyaya qarşı “qeyri-dost ölkələr” siyahısına daxil edilib.

Civilazerbaijan.com
bildirir ki, bu barədə Rusiyanın Baş naziri Mixail Mişustin sərəncam imzalayıb.

Sərəncam Prezident Vladimir Putinin 23 aprel 2021-ci il tarixli 243 nömrəli “Xarici dövlətlərin qeyri-dost hərəkətlərinə təsir (mübarizə) tədbirlərinin tətbiqi haqqında” fərmanının icrası məqsədilə qəbul edilib.

Sənəd bu ölkələrin konsulluqlarında, səfirliklərində və dövlət qurumlarının nümayəndəliklərində Rusiya ərazisində olan şəxslər arasından işçilərin işə götürülməsi imkanlarının (tam qadağaya qədər) məhdudlaşdırılmasını nəzərdə tutur.

Hökumətin təsdiq etdiyi siyahıda ölkələrin adları ilə yanaşı, Rusiya ərazisində qeyri-dost ölkələrin diplomatik nümayəndəlikləri və onların konsulluq idarələri ilə əmək müqaviləsi bağlaya biləcək şəxslərin sayı göstərilir.

Sloveniya və Xorvatiya diplomatik nümayəndəliklərində və konsulluqlarında Rusiyadan işçi götürə bilməyəcək.

Yunanıstana 34, Danimarkaya 20, Slovakiyaya 16 işçi ilə əmək müqaviləsi bağlamağa icazə verilib.

“Qeyri-dost ölkələr” termini Rusiya qanunvericiliyində ilk dəfə 2021-ci ilin aprelində ortaya çıxıb. Həmin ilin mayında Çexiya və ABŞ-ın diplomatik nümayəndəliklərinə məhdudiyyətlər qoyulub.

Meydan TV-nin məlumatında bildirilir ki, bu hökumət tərəfindən təsdiq edilmiş son siyahı deyil.

Say Rusiyanın xaricdəki nümayəndəliklərinə qarşı yönəlmiş xarici dövlətlərin davam edən düşmənçilik hərəkətləri nəzərə alınmaqla genişləndirilə bilər.
Geri qayıt