Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Əl-Qaidənin lideri Ayman əl-Zəvahiri Kabildə məhv edilib

Əl-Qaidənin lideri Ayman əl-Zəvahiri Kabildə məhv edilib


2-08-2022, 13:18.
title}


ABŞ pilotsuz uçan aparata zərbə endirib, nəticədə həftə sonu Əfqanıstanda Əl-Qaidə lideri Ayman əl-Zəvahiri öldürülüb.

Civilazerbaijan.com
bildirir ki, bu barədə bazar ertəsi Ağ Ev-dən məlumat verilib. "Əməliyyat mühüm mərhələ oldu, çünki 2011-ci ildə terrorçu qruplaşmanın lideri postunda Usama Bin Ladeni Zəvahiri əvəz edib".

"Əməliyyat uğurla keçdi, mülki əhali arasında itki yoxdur",- administrasiyanın yüksək vəzifəli nümayəndəsi jurnalistlərə bildirib. Mərkəzi Kəşfiyyat İdarəsi Əfqanıstanın paytaxtı Kabildə pilotsuz təyyarəyə hücum edib. Əl-Zəvahiri iki raket zərbəsilə məhv edilib. Həmin vaxt o, öz balkonunda olub.

"Ədalət mühakiməsi zəfər çaldı və terrorçuların bu lideri artıq yoxdur", - prezident Co Bayden xüsusi telemüraciətində bildirib. Onun sözlərinə görə, bundan öncə kəşfiyyat Kabildə aə-Zəvahirinin ailəsini tapıb. O əlavə edib ki, nə ailə üzvləri, nə də dinc sakinlər əməliyyat nəticəsində zərər çəkməyiblər.

Öz növbəsində dövlət katibi Entoni Blinken bəyanatla çıxış edərək bildirib ki, dünya "Zəvahirinin ölümündən sonra daha təhlükəsiz məkana çevrildi və Birləşmiş Ştatlar ölkəmizi, xalqımızı və ya müttəfiqlərimizi və tərəfdaşlarımızı təhdid edənlərə qarşı qətiyyətlə hərəkət etməyə davam edəcək", Turan-ın Vaşinqton müxbirinin məlumatında qeyd olunur.

“Taliblər Əl-Qaidə liderini Kabildə yerləşdirməklə və gizlətməklə Doha razılaşmasını və terrorçuların digər ölkələrin təhlükəsizliyinə təhdid etmək üçün Əfqanıstan ərazisindən istifadə etməsinə icazə verməyəcəkləri barədə dəfələrlə verdikləri vədləri kobud şəkildə pozublar”, - Blinken əlavə edib.
Geri qayıt