Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Ermənistanın paytaxtında partlayış olub: ölən və yaralananlar var

Ermənistanın paytaxtında partlayış olub: ölən və yaralananlar var


15-08-2022, 13:10.
title}


Ermənistanın paytaxtı Yerevanın Surmalu Ticarət Mərkəzində baş vermiş partlayışda azı "6 nəfər ölüb, 61 nəfər yaralanıb", 18 nəfər itkin düşüb.

Civilazerbaijan.com
bildirir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat verib.

Ermənistanın daxili işlər naziri Armen Pambuxçyan News.am saytına bildirib ki, yanğınla mübarizə aparan "yeddi xilasedici müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan ikisi xəstəxanaya yerləşdirilib, digərlərinə isə yerindəcə tibbi yardım göstərilib".

Rəsmi məlumata görə, yanğın olan ərazidə plastik materiallar olduğundan tüstüləmə ola bilər və axtarış-xilasetmə və yanğınsöndürmə işlərinin hələ də davam edir.

Partlayışın Surmalu Ticarət Mərkəzində pirotexnik malların yerləşdiyi mağazada baş verdiyi təsdiqlənib. Baş verən partlayış nəticəsində yanğın başlayıb, eləcə də ticarət mərkəzi ərazisindəki binalardan biri çöküb. Şahidlər dağıntıların altında insanların qaldığını bildirib.

Ermənistan daxili işlər naziri Armen Pambuxçyanın jurnalistlərə dediyinə görə, bir hamilə qadının 5 yaşlı uşağı ilə itkin düşdüyü haqqında məlumat daxil olub.

Ermənistan DİN-dən verilən məlumata görə, baş vermiş partlayışla bağlı iki maddə ilə cinayət işi açılıb. Partlayıışın səbəbləri hələ müəyyən edilməyib. Araşdırma əsnasında bütün fərziyyələr nəzərə alınacaq, Ermənistan baş prokurorunun müşaviri Qor Abrahamyan jurnalistlərə deyib.

Sosial şəbəkələrdə şəhərin üzərində tüstü buludları və çoxsaylı partlayışları əks etdirən görüntülər yayılıb. Güclü tüstüdən yaxınlıqdakı evlərin sakinləri pəncərələrini bağlı saxlayırlar.

Ermənistan Səhiyyə Nazirliyi elan edib ki, xəsarət almış 14 yaşlı qızın döş qəfəsi zədələnib, lakin həyatına təhlükə yoxdur.

Qurum bildirib ki, müxtəlif tibb müəssisələrinə çatdırılan şəxslərdən 28 nəfəri stasionar yardım alır. Onların vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Digərləri lazımi tibbi yardım aldıqdan sonra xəstəxanaları tərk ediblər, Səhiyyə Nazirliyi bildirir.

Hamilə qadının səhhəti məqbul qiymətləndirilir. 5 yaşlı uşaq reanimasiya şöbəsindən xəstəxana palatasına köçürülüb.

Partlayış nəticəsində zərər çəkmiş 11 uşaqdan 10 nəfəri ilk tibbi yardım aldıqdan sonra xəstəxanadan evə buraxılıb, biri - reanimasiya şöbəsində müalicə olunur. O, hazırda xəstəxanada qalan yeganə yeniyetmədir, BBC-nin məlumatında qeyd olunur.

Ermənistanlı istifadəçilər Twitter-də yanğından video və foto paylaşıb.
Geri qayıt