Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > İsrail səfiri Corc Dik İran barədə: Bu qatil rejimin hədələrini ciddi qəbul edin
İsrail səfiri Corc Dik İran barədə: Bu qatil rejimin hədələrini ciddi qəbul edin17-08-2022, 13:08. |
İsrailin Azərbaycandakı səfiri Corc Dik avqustun 16-da "tvitter"də britaniyalı yazıçı Salman Rüşdinin bıçaqlanmasıyla bağlı video müraciət yayıb. Civilazerbaijan.com bildirir ki, Corc Dik müraciətində deyib: "İranın Azərbaycandakı səfiri yaxınlarda məni ölümlə təhdid etdi. O, "tvitter"də yazdı ki, mən qırmızı xətti keçmişəm, ona görə də İran xalqı məni dəfn edəcək. İndi siz Salman Rüşdinin bıçaqlandığını eşidərkən mənim nə düşündüyümü təsəvvür edə bilərsiniz. Çünki İran həm də demişdi ki, o, [Salman Rüşdi] qırmızı xətti keçib və onu da ölümlə hədələmişdi. Və terrorçu onu günün günorta çağl öldürməyə cəhd etdi. Ona görə də indi siz mənim müəyyən qədər şəxsi hisslərimi təsəvvür edə bilərsiniz. Həftələr əvvəl İran rəsmisi tərəfindən hədələnən biri kimi mən sizi mümkün olan ən ciddi formada bu qatil rejimin hədələrini ciddi qəbul etməyə çağırıram. Ona sizə hədə-qorxu gəlməyə icazə verməyin, amma buna bir an belə olsa, diqqətsizlik etməyin. Onlar özləriylə razılaşmayan ateistləri, aktivistləri və istənilən kəsi ölümlə hədələyirlər. Onlar terroru dünyaya yaymaqla hədələyirlər. Onlar İsrail demokratiyasını və bizim azadlığımızı məhv etməklə hədələyirlər. Bunu nəzərdə tuturlar". Video müraciətin sonunda Corc Dik "İran terroruna" qarşı birlikdə müqavimət göstərməyi məsləhət görüb. Salman Rüşdiyə hücum avqustun 12-də o, Nyu-Yorkda bir tədbirdə çıxış edərkən baş verib. Yazıçı xəstəxanaya aparılıb və süni nəfəs aparatına qoşulub. Bir müddət sonra Rüşdini aparatdan ayırıblar, indi o, danışa bilir, Toplum TV-nin məlumatında qeyd olunur. Hindistan əsilli Salman Rüşdi Böyük Britaniya və ABŞ-da yaşayır. 1989-cu ildə "Şeytan ayələri" kitabının çıxmasından sonra o, dünya şöhrəti qazanıb. Bir çox müsəlman kitabı küfr adlandırıb, iranlı Ayətullah Xomeyni isə fətva verərək yazıçının qətl etməyin xeyirxah iş olacağını bildirib. Geri qayıt |