Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Moskva və Sankt-Peterburqda Putinin istefası tələb olunub

Moskva və Sankt-Peterburqda Putinin istefası tələb olunub


12-09-2022, 20:44.
title}


Moskva və Sankt-Peterburqun 18 rayonundan olan bələdiyyə deputatları Rusiya Prezidenti Vladimir Putinin istefasını tələb edən ictimai bəyanat imzalayıblar.

Civilazerbaijan.com
bildirir ki, bəyanatı Sankt-Peterburq bələdiyyəsinin “Semenovski”nin müavini Kseniya Torstrem “Twitter”də yayıb.

“Biz Rusiyanın bələdiyyə deputatları hesab edirik ki, Prezident Vladimir Putinin hərəkətləri Rusiyanın və onun vətəndaşlarının gələcəyinə zərər vurur. Biz Vladimir Putinin Rusiyanın Prezidenti vəzifəsindən istefasını tələb edirik!”, – deyə bəyanatda deyilir.

Bundan əvvəl Moskvanın “Lomonosovski” Bələdiyyə dairəsinin Deputatlar Şurası Rusiya Prezidentinin istefasını tələb etmişdi. Həmçinin Sankt-Peterburqun Smolninskoye Bələdiyyəsinin deputatları da Rusiya Dövlət Dumasına müraciət ünvanlayıblar, Meydan TV-nin məlumatında qeyd olunur.

Deputatlar Vladimir Putinin Ukraynadakı müharibəyə görə vəzifəsindən uzaqlaşdırılması və ona “dövlətə xəyanət” ittihamının irəli sürülməsini tələb ediblər.
Geri qayıt