Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Putin müharibəni mümkün qədər tez bitirmək istəyir - ƏRDOĞAN

Putin müharibəni mümkün qədər tez bitirmək istəyir - ƏRDOĞAN


20-09-2022, 12:38.
title}


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hesab edir ki, Vladimir Putin Ukraynadakı müharibəni tez bir zamanda bitirmək istəyir.

Civilazerbaijan.com
bildirir ki, o bu barədə Özbəkistanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammitində rusiyalı həmkarı ilə görüşdən sonra Amerikanın PBS telekanalına müsahibəsində söyləyib.

“Biz Özbəkistanda Putinlə geniş müzakirələr apardıq. O, mənə dedi ki, müharibəni mümkün qədər tez bitirməyə hazırdır. Bu, mənim təəssüratımdır, çünki vəziyyət hədsiz problemli şəkildə inkişaf edir”, - Türkiyə Prezidenti müsahibəsində deyib və əlavə edib ki, bu, insan itkisi ilə nəticələnən münaqişədir, insanlar ölür və sonda heç kim qalib gəlmir.

Türkiyə lideri Moskva və Kiyevin 200 məhbusun mübadiləsi ilə bağlı razılığa gəldiyini də bildirib, Toplum TV-nin məlumatında qeyd olunur.

Moskva ilə Kiyev arasında danışıqlar may ayında dayandırılıb. Tərəflərin son təkbətək görüşü martın 29-da İstanbulda keçirilib. Ukrayna Prezidentinin Ofisi bildirir ki, hazırda onlar Vladimir Putin və Volodimir Zelenski arasında danışıqlarda və ya şəxsi görüşdə heç bir məna görmürlər.
Geri qayıt