Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > ABŞ amerikalılara müraciət etdi: dərhal Rusiyanı tərk edin
ABŞ amerikalılara müraciət etdi: dərhal Rusiyanı tərk edin28-09-2022, 20:35. |
ABŞ Dövlət Departamenti çərşənbə günü Rusiya ilə ikili vətəndaşlığı olan amerikalıların Ukraynaya qarşı müharibəyə yardım etmək üçün Moskva tərəfindən hərbi xidmətə cəlb oluna biləcəyindən narahatlığını ifadə edib. Civilazerbaijan.com bildirir ki, Dövlət Departamenti bununla bağlı bəyanat yayıb. "Rusiya ikili vətəndaşların ABŞ vətəndaşlığını qəbul etməsindən imtina edə bilər. Onların ABŞ konsulluğundan yardım almalarından imtina edə, onların Rusiyadan getməsinə mane ola bilər və ikili vətəndaşları hərbi xidmətə çağıra bilər", Dövlət Departamentinin bəyanatında deyilib. Bəyanatda ABŞ vətəndaşlarının Rusiyaya səyahət etməməli olduğu və oradakı hər kəsin "məhdud kommersiya səyahət imkanları qaldığı halda dərhal Rusiyanı tərk etməli olduğu" bildirilib. Dövlət Departamenti bildirib ki, Rusiyadan xaricə uçuşlar "hazırda son dərəcə məhduddur və bunu qısa müddətdə etmək mümkün olmur. Avtomobil və avtobusla quru marşrutlar hələ də açıqdır". Müraciətdə eləcə də deyilib ki, Rusiyadakı ABŞ səyahətçiləri və ya orada yaşayan və oranı tərk etməyi planlaşdıran amerikalılar mümkün qədər tez müstəqil qərarlar qəbul etməlidirlər. ABŞ səfirliyinin ABŞ vətəndaşlarına yardım etmək imkanları ilə bağlı ciddi məhdudiyyətləri var və həm şərtlər, həm də nəqliyyat imkanları qəfildən daha da məhdudlaşa bilər". Amerikanın Səsinin xəbərində qeyd olunur ki, bundan əlavə, Dövlət Departamenti amerikalılara xəbərdarlıq edib ki, Rusiyada dinc toplaşmaq hüququ və ifadə azadlığı təmin edilmir. Bütün siyasi və ya sosial etirazlardan çəkinin və bu tədbirlərdə təhlükəsizlik işçilərinin şəklini çəkməyin. Rusiya hakimiyyəti nümayişlərdə iştirak edən ABŞ vətəndaşlarını həbs edib. Geri qayıt |