Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Vladimir Putin ABŞ-ı ittiham edib: Bu, beynəlxalq terror aktıdır

Vladimir Putin ABŞ-ı ittiham edib: Bu, beynəlxalq terror aktıdır


12-10-2022, 16:38.
title}


"Avropa ötən illərdə olduğu kimi enerji qiymətlərinin artması səbəbindən sadəcə pul çap etməyə məcbur olacaq".

Civilazerbaijan.com
bildirir ki, bu sözləri oktyabrın 12-də Rusiya Enerji Həftəsi forumunun plenar iclasındakı çıxışı zamanı Rusiya Prezidenti Vladimir Putin deyib. Çıxış Kremlin teleqram-kanalında canlı yayımlanıb.

Prezidentin sözlərinə görə, son bir ildə Avropa İttifaqında (Aİ) pul kütləsi bir trilyon avroya yaxın artıb: “Enerji resurslarının qiyməti üç dəfə bahalaşdığına görə inflyasiya zəncirvari artır”.

Putin onu da vurğulayıb ki, enerji qiymətlərinin qalxması Ukraynada xüsusi hərbi əməliyyatla bağlı deyil. O, bunda sadəcə Qərbin siyasətinin günahkar olduğunu bildirib.

Rusiya lideri çıxışında “Şimal axını”ndakı təxribata da toxunub və bu təxribatın arxasında Rusiyanın Aİ ilə əlaqələrini kəsmək niyyətinin dayandığını irəli sürüb.

“Mədəni şirkətlərdə deyildiyi kimi, “highly likely”, bunun arxasında kimin durduğu məlumdur”, - Putin deyib və əlavə edib ki, baş verənlərdən əsas xeyri ABŞ götürüb, çünki o, hazırda enerji resurslarını yüksək qiymətlərlə satır, Toplum TV-nin məlumatında qeyd olunur.

O, “Şimal Axını”ndakı təxribatı beynəlxalq terror aktı adlandırıb.

Dövlət başçısı çıxışında Rusiyanın enerji resurslarını Avropaya tədarük etməyə hazır olduğunu da açıqlayıb.

Onun sözlərinə görə, “Şimal Axını”nın qollarından biri, görünür, işlək vəziyyətdədir, Moskva onun vasitəsilə tədarükləri həyata keçirə bilər.
Geri qayıt