Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Araik Arutyunyan Nikol Paşinyanla görüşüb - MÜZAKİRƏ

Araik Arutyunyan Nikol Paşinyanla görüşüb - MÜZAKİRƏ


12-10-2022, 19:22.
title}


Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ ermənilərinin seperatçı lideri Araik Arutyunyanla görüş keçirib.

Civilazerbaijan.com
bildirir ki, bu barədə "Novosti-Armeniya" məlumat verib.

Qeyd olunub ki, görüş bu gün, oktyabrın 12-də Yerevanda baş tutub.

Ermənistan hökumət aparatının informasiya və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Armen Xaçatryan bildirib ki, görüş xüsusi əhəmiyyət kəsb etməyib.

“Belə görüşlər vaxtaşırı olur”, - deyə o əlavə edib.

Toplum TV-nin məlumatında qeyd olunur ki, bundan əvvəl Ermənistan KİV-i məlumat yaymışdı ki, Araik Arutyunyan Paşinyanla görüşmək üçün üç gün Yerevanda gözləyib.

İddiaya görə, Azərbaycan tərəfi nəinki Ermənistan rəsmilərinin Qarabağa getməsinə qarşı çıxır, hətta seperatçı liderlərin Yerevanda qarşılanmaması üçün də təzyiq göstərir.
Geri qayıt