Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > NATO-da Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməklə bağlı müzakirə

NATO-da Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməklə bağlı müzakirə


13-10-2022, 13:02.
title}


Çərşənbə günü NATO müdafiə nazirləri Rusiyanın bu həftə bütün Ukraynadakı hədəflərə atdığı raket zərbələrinə qarşı Ukraynanın hava hücumundan müdafiə sistemlərini gücləndirməyin yollarını müzakirə edib.

Civilazerbaijan.com
bildirir ki, NATO-nun Baş katibi Yens Stoltenberq jurnalistlərə deyib ki, Brüsseldə keçirilən danışıqlarda əsas diqqət Ukraynaya dəstəyin artırılmasına yönəlib. Stoltenberq bunun "təhlükəsizliyimiz üçün mühüm məqama" təsadüf etdiyini və son bir neçə həftə "fevraldakı işğaldan bəri müharibənin ən ciddi eskalasiyası" olduğunu deyib.

Bazar ertəsindən bəri Ukraynaya atılan 100-dən çox raket azı 26 nəfərin həlak olmasına səbəb olub.

Stoltenberqin dediyinə görə, NATO müttəfiqlərinin Ukraynanı "nə qədər lazımdırsa" dəstəkləməyə hazır olduqlarına işarə edib.

Ukrayna Prezidenti Volodimir Zelenski ilə böhranı video-konfransında müzakirə edən Böyük Yeddiliyə (G7) üzv sənaye ölkələrinin liderləri çərşənbə axşamı Rusiyanın Ukrayna şəhərlərinə raket hücumlarını davam etdirməsindən sonra "Ukraynanın yanında olacaqlarına" söz verib

G-7 liderləri virtual görüşdən sonra verdiyi açıqlamada Zelenskiyə Ukraynanın suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün ehtiyacı olan dəstəyi təmin etmək üçün "öhdəliyimizdə dönməz və qətiyyətli" olduqlarını bildirib. Onlar Moskvanın "günahsız mülki əhaliyə hücumlarının müharibə cinayəti olduğunu" deyib.

"Biz Prezident [Vladimir] Putini və məsul şəxsləri məsuliyyətə cəlb edəcəyik" - deyə, G7 liderləri bildirib. G-7-yə ABŞ, Almaniya, İngiltərə, Fransa, İtaliya, Kanada və Yaponiya daxildir.

Putinin nüvə silahından istifadə ilə bağlı davam edən təhdidləri fonunda G7 Moskvanın kütləvi qırğın silahlarından istifadə edəcəyi təqdirdə bunun "ağır nəticələrə" səbəb olacağını bir daha təkrar edib. Lakin bu, Ukraynaya birbaşa hərbi müdaxilə demək deyil.

Amerikanın Səsinin məlumatında qeyd olunur ki, Putin bazar ertəsi həyata keçirilən raket hücumlarının Krımı Rusiya ilə birləşdirən körpüyə edilən son dağıdıcı hücuma cavab olaraq həyata keçirildiyini deyib və Ukraynaya qarşı "kütləvi zərbə" adlandırıb.

Ukrayna ordusunun bildirdiyinə görə, Rusiya 84 qanadlı raket atıb və 24 pilotsuz uçuş aparatından istifadə edib, ölkənin azı 14 bölgəsini vurub və azı 19 nəfər ölüb. Kyivə hücumların əksəriyyəti zamanı şəhərin mərkəzində parklar və turizm obyektləri hədəf alınıb.
Geri qayıt