Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Avropa Şurası Parlament Assambleyası Rusiyanı terrorçu dövlət kimi tanıdı - QƏTNAMƏ

Avropa Şurası Parlament Assambleyası Rusiyanı terrorçu dövlət kimi tanıdı - QƏTNAMƏ


13-10-2022, 18:35.
title}


Avropa Şurası Parlament Assambleyası Rusiya Federasiyasını terrorçu rejim adlandıran qətnamə qəbul edib.

Civilazerbaijan.com
bildirir ki, oktyabrın 13-də qəbul olunan qətnamənin 99 deputat lehinə səs verib, bir nəfər isə bitərəf qalıb.

Sənəd “Rusiya Federasiyasının Ukraynaya qarşı təcavüzünün daha da genişlənməsi” adlanır.

Qətnamədə bildirilir ki, Ukraynaya təcavüz özlüyündə cinayət, beynəlxalq hüququn pozulması və beynəlxalq sülh və təhlükəsizliyə əsas təhdid kimi birmənalı şəkildə pislənməlidir.

Sənədə “Rusiya Federasiyasının terrorçu rejim elan edilməsi” təklif olunub və dəyişiklik edilib. Bu təklifi 79 deputat dəstəkləyib, 2 nəfər əleyhinə çıxıb, biri isə bitərəf qalıb.

Beləliklə, AŞPA Rusiyanı terrorçu dövlət kimi tanıyan ilk beynəlxalq təşkilat oldu, Meydan TV-nin məlumatında qeyd olunur.

AŞPA-da səsvermədən əvvəl Ukrayna Prezident Volodimir Zelenski videobağlantı vasitəsilə çıxış edərək qətnaməni dəstəkləməyə çağırıb.
Geri qayıt