Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Sağ xəbərlər > Avropa İttifaqı Şurası Ukraynaya Hərbi Yardım Missiyası - EUMAM Ukraine yaradıb - QƏRAR

Avropa İttifaqı Şurası Ukraynaya Hərbi Yardım Missiyası - EUMAM Ukraine yaradıb - QƏRAR


17-10-2022, 21:13.
title}


Təşkilatın bəyanatında Avropa İttifaqı Şurasının Ukraynaya Hərbi Yardım Missiyasının (EUMAM Ukraine) yaradılması qərarını təsdiqlədiyi deyilib.

Civilazerbaijan.com
bildirir ki, Missiya Ukrayna Silahlı Qüvvələrinə Avropa İttifaqına üzv dövlətlərin ərazisində fərdi və kollektiv ixtisaslaşdırılmış təlimlər keçirəcək.

"Misiyanın məqsədi Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü müdafiə etməsi, öz suverenliyini, öz ərazi bütövlüyünü və mülki əhalisini qoruması üçün Ukrayna Silahlı Qüvvələrinin hərbi qabiliyyətinin artırılmasıdır" - deyə, Avropa İttifaqı Şurasının bəyanatında bildirilib.

Missiyanın əməliyyat qərargahı Brüsseldə açılacaq və ona Müdafiə Planlaşdırma və Əməliyyat Qüvvələrinin direktoru, vitse-admiral Erve Blejan rəhbərlik edəcək. Avropa İttifaqı Şurasının bəyanatında qeyd olunduğu kimi, missiyada Avropa İttifaqına üzv ölkələr, eləcə də digər beynəlxalq tərəfdaşlar iştirak edəcək. Missiya xüsusilə işi Britaniya, ABŞ və Kanadanın Ukrayna hərbi təlim mərkəzləri ilə koordinasiya edəcək.

Missiyanın işi ilkin olaraq iki il üçün nəzərdə tutulub. Qurumun bu dövr üçün büdcəsi 106,7 milyon avro məbləğində razılaşdırılıb.

Avropa İttifaqı Şurası, həmçinin Ukraynaya silah alınması üçün 500 milyon avro ayrılmasını təsdiqləyib. Bunu nəzərə alaraq, Avropa Sülh Fondu çərçivəsində təşkilatın Ukraynaya altıncı töhfəsi 3,1 milyard avro təşkil edəcək.

Yeni yardımın 490 milyon avrosu hərbi texnikanın alınmasına, 10 milyon avrosu isə Ukrayna hərbçiləri üçün fərdi qoruyucu vasitələri, ilk tibbi yardım çantaları və yanacaq alınmasına sərf ediləcək, Amerikanın Səsinin məlumatında qeyd olunur.

Ayrılan vəsait Avropa İttifaqı Şurasında göstərildiyi kimi, təşkilata üzv ölkələrin artıq Ukraynaya təhvil verdiyi hərbi texnikanın təmiri və texniki xidmətinə də istifadə olunacaq.
Geri qayıt