Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet > Berlin mitinqində İran azərbaycanlıları öz bayraqları ilə iştirak edib
Berlin mitinqində İran azərbaycanlıları öz bayraqları ilə iştirak edib27-10-2022, 12:07. |
Oktyabrın 22-də xaricdə yaşayan on minlərlə iranlı Almaniyanın paytaxtı Berlinə toplaşaraq, İran xalqının İslam Respublikası rejiminə qarşı davam edən qiyamına həmrəylik nümayiş etdirib. Civilazerbaijan.com bildirir ki, bbu aksiyada İran Azərbaycanından olan vətəndaşlar və siyasi fəalların da iştirakı olub və xaricdə yaşayan iranlıların mitinqinə onlar türk dilində şüarlarla qatılıb. Bu mitinqdə iştirak edən azərbaycanlı fəallardan Duman Radmehr Amerikanın Səsinə deyib ki, İran azərbaycanlılarının Berlində keçirilən mitinqində iştirakı əvvəlki mitinqlərlə müqayisədə dönüş nöqtəsi olub. Radmehrin sözlərinə görə, İran azərbaycanlılarının Berlində İslam Respublikası hakimiyyətinə qarşı keçirilən mitinqdə iştirakı ilə bağlı mühüm bir məsələ var idi ki, bu da İran azərbaycanlılarının öz bayraqları ilə güclü şəkildə və əvvəlki mitinqlərdən daha böyük izdihamla iştirak etmələri olub. "Bu görüşdə öz bayrağı ilə İran azərbaycanlılarının birliyi öz varlıqlarını və tələblərini açıq şəkildə bəyan etdi" -deyə, Radmehr əlavə edib. Ərdəbil vilayətinin Meşginşəhr (Xiyav) şəhərindən olan və hazırda İsveç sakini Duman Radmehr,Berlin mitinqinin əvvəlki mitinqlərlə müqayisədə daha sivil şəkildə keçirildiyini, müxtəlif fikir və siyasi görüşlərdən olan insanların arasında bir neçə kiçik qarşırdurma istisna olmaqla, böyük bir qarşıdurma və toqquşma baş vermədiyini vurğulayıb. O, Berlin mitinqinin səviyyəli və sivil şəraitdə keçirilməsini qiymətləndirərək, iranlıların bir-birinin müxtəlif tələblərinə və siyasi görüşlərinə hörmət edərək bir-birləri ilə sülh şəraitində yaşaya biləcəyini düşünür. Radmehr İran azərbaycanlılarının bir araya gəlməsi ilə bağlı bildirib ki, bu dəfə müxtəlif düşüncələrdən olan azərbaycanlıların bir araya gəlməsi keçmişə görə daha asanlaşıb. Bu azərbaycanlı türk fəalın fikrincə, bu məsələ onu göstərir ki, İran azərbaycanlıları bütün fikri və ideoloji spektrlərdən mühüm və kritik zamanlarda bir araya toplaşıb birləşə bilərlər. İran azərbaycanlılarının Berlinin Azadlıq meydanında ölkənin digər etnik qrupları ilə toplaşaraq özlərinə məxsus bayraqları ilə nümayiş keçirməsi sosial media və İran Azərbaycanının xəbərlərini əks etdirən saytlarda diqqətləri cəlb edib. Radmehr bu mövzuya toxunaraq "ilk dəfə idi ki, bütün İranla bağlı bir mitinqdə “Güney Azərbaycan bayrağı və ya Azərbaycan milli hərəkatının bayrağı" ilə iştirak edirdik və bu məsələ bizim tələblərimizi qaldırmaq, varlığımızı nümayiş etdirmək baxımından uğurlu oldu" deyib. Berlin mitinqində İran azərbaycanlılardan iştirak edən və eyni zamanda qadın hüquqları müdafiəçisi Simin Səbri də Amerikanın Səsi ilə öz müşahidələrini bölüşüb. Simin Səbrinin sözlərinə görə, ölkədə xalqın 40 gün davam edən etirazlarına Berlində keçirilən dəstək mitinqi müxtəlif qeyri-fars etniklərin bayraqlarının, o cümlədən İran azərbaycanlılarını təmsil edən bayraq və türk dilində səsləndirilən şüarların olması mitinq iştirakçılarının diqqətini çəkən məqamlardan olub. Bu siyasi fəal xaricdəki qeyri-fars etnikləri təmsil edən siyasi fəallar və təşkilatlarla azərbaycanlıların koordinasiyasının zəif olması məsələsinə toxunaraq, gələcəkdə təşkil oluna biləcək mitinqlərdə digər qeyri-fars etniklərin siyasi fəalları ilə birgə koordinatlı şəkildə hazır olmağın əhəmmiyətini vurğulayıb. Berlin mitinqində iştirak edən digər azərbaycanlı milli fəal Mahmud Bilgin də İran azərbaycanlılarının çoxlu sayda "Güney Azərbaycan bayraqları" qaldıraraq bu mitinqdə güclü iştirakını "yenilik" kimi qiymətləndirib və deyib: "İnanıram ki, bu yeni təşəbbüs xaricdə və daxildə müəyyən qədər təsir buraxdı. Çünki müxtəlif siyasi cərəyanların olduğu Berlinin Azadlıq meydanında ilk dəfə iranlıların mitinqində bayraqlar qaldırıldı və bu məsələ İran azərbaycanlılarının xaricdəki siyasi mübarizələri tarixində dönüş nöqtəsi oldu". Mahmud Bilgin İran azərbaycanlılarının siyasi təşkilatlarının zəif tərəflərinə də toxunub. O hesab edir ki, Azərbaycanın siyasi təşkilatlarında kültür sahəsində, həmçinin gənc nəsillə ünsiyyətdə çatışmazlıqlar var, Amerikanın Səsinin məlumatında qeyd olunur. Geri qayıt |