Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Vladimir Putin Ermənistanı Qarabağ problemini kiminlə həll etmək istədiyinə qərar verməyə çağırıb
Vladimir Putin Ermənistanı Qarabağ problemini kiminlə həll etmək istədiyinə qərar verməyə çağırıb28-10-2022, 13:03. |
Rusiya prezidentinin oktyabrın 27-də Valday forumunda çıxışı dünya ictimaiyyətinin diqqətini təkcə Qərbə qarşı bu yaxınlarda ənənəvi hal alan təcavüzkar hücumları ilə diqqət çəkməyib. Bəlkə də ilk dəfədir ki, Putin Üçüncü Dünya ölkələrini bu qədər açıq şəkildə salamlayaraq, onları məkrli Qərbdən qaynaqlanan təhdidlər fonunda Rusiya ilə dostluq etmək zərurətinə inandırmağa çağırıb. Civilazerbaijan.com bildirir ki, bu çıxış əsasən məhz onlara, həm də Çin və Hindistana ünvanlanıb. Putin 20 ildir ki, hamını bezdirən dünyanın birqütblü ola bilməyəcəyi haqqında tezisini təkrar edir. Amma dünya ölkələrinin niyə texniki tərəqqidən imtina edib Rusiyadan yapışmalı olduğunu izah edə bilmir. Putin istənilən problemi bütün dünyanı ələ keçirməyə və digər xalqları idarə etməyə çalışan Qərbin (sanki Rusiya başqa bir şey istəyir) məkrliliyi ilə izah etməyə çalışıb. Valdaya dəvət olunanlar kontingenti də maraq doğururdu. İlk dəfə olaraq orada Putinin tezislərinin ünvanlandığı Üçüncü Dünyanın çox sayda nümayəndəsi var idi. İş o yerə çatıb ki, Putin "qəfildən" "məkrli" amerikalıların "sadəcə olaraq tutub öldürdükləri" İranlı terrorçu general Süleymanini yada salıb. "Bu nədir axı belə!", deyə Putin səmimi şəkildə qəzəbini ifadə etməyə çalışıb. O, iştirakçıların kəskin suallarına birbaşa cavab verməkdən hər yolla yayınıb. Məsələn, Çində uyğurların həbs düşərgələri haqqında suala cavabdan yayınaraq, Çindəki uyğurlarla görüşdüyünü və onların orada tamamilə xoşbəxt olduqlarını iddia edib. Aydın görünür ki, forumun təşkilatçıları dəvətlilər üzərində əməlli-başlı işləyiblər, onlar arasında "təsadüfən" Ermənistan nümayəndəsi Aleksandr İskandaryan da var idi. Onun Qərb və Rusiyanın Qarabağla bağlı sülh təklifləri arasındakı fərq haqqında sualına cavabda Putin hamıya məlum olan tezisi təkrar edib ki, Rusiya vaxtilə mərhələli nizamlanma planı təklif edib, Ermənistanın isə imtina edib, "indi isə nə varsa, o var". Daha sonra o, mühüm bir dəqiqləşdirmə edib: Ermənistan münaqişəni kiminlə - Qərb və ya Rusiya ilə həll edəcəyinə özü qərar versin. Onun sözlərinə görə, Qərb variantı Qarabağın Azərbaycanın tərkibində qalmasını nəzərdə tutur. "Özünüz qərar verin", deyə Putin bildirib. Onun sözlərindən belə çıxırdı ki, Rusiyanın variantında eyni şey nəzərdə tutulmur. Amma əsas məsələ bu deyil, Yerevanın ünvanına gizli təhdid idi: "Kimin - bizim, ya Qərbin yanında olduğunuza qərar verin", Turanın məlumatında qeyd olunur. Geri qayıt |