Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > ABŞ: Terrorizmə qarşı mübarizədə NATO üzrə müttəfiqimiz Türkiyə ilə çiyin-çiyinə dayanırıq
ABŞ: Terrorizmə qarşı mübarizədə NATO üzrə müttəfiqimiz Türkiyə ilə çiyin-çiyinə dayanırıq14-11-2022, 16:30. |
Birləşmiş Ştatlar İstanbulda baş vermiş zorakılıq aktını qətiyyətlə pisləyib və ABŞ-ın terrorizmə qarşı mübarizədə NATO müttəfiqi olan Türkiyə ilə çiyin-çiyinə dayandığını bildirib. Civilazerbaijan.com bildirir ki, Ağ Evin sözçüsü Karin Jan Pyerin açıqladığı bəyanatda hadisə nəticəsində həyatını itirənlərin yaxınlarına başsağlığı ifadə edilib. “Birləşmiş Ştatlar Türkiyənin İstanbul şəhərində bu gün baş vermiş zorakılıq aktını qətiyyətlə pisləyir. Fikirlərimiz yaralananlarladır, yaxınlarını itirənlərə isə dərin hüznlə başsağlığı veririk. Biz terrorizmlə mübarizədə NATO üzrə müttəfiqimiz Türkiyə ilə çiyin-çiyinə dayanırıq,” Ağ Evin bəyanatında bildirilir. Bundan öncə ABŞ-ın Türkiyədəki səfirliyi sosial mediada açıqlamasında hadisəni dərin kədər hissi ilə qarşıladığını bildirib. “ABŞ-ın Türkiyədəki Diplomatik Nümayəndəliyi olaraq bu gün günorta saatlarında İstanbulda baş verən partlayışa gödə dərin kədər hissi keçiririk. Həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananlara tezliklə şəfa diləyirik,” səfirliyin açıqlamasında bildirilir. Noyabrın 13-də İstanbulun izdihamlı küçələrindən biri olan İstiqlal küçəsində baş vermis partlayış nəticəsində 6 nəfər həyatını itirib, onlarla insan yaralanıb. Prezident Rəcəb Tayyib Ərdoğan partlayışdan sonra jurnalistlərə açıqlama verib. İstanbul və Türkiyənin digər şəhərləri bundan öncə də kürd separatçıları, islamçı militantlar və digər qruplar tərəfindən hədəfə alınıb. Ərdoğan bazar günü baş verən partlayışın terrordan qaynaqlandığını deyib. “Bu, şübhəsiz ki, terror aktıdır” demək yanlış olardı. Lakin ilkin hadisələr və mənim qubernatordan aldığım ilkin məlumatlar ondan ibarətdir ki, bundan terror qoxusu gəlir,” o deyib. Ərdoğan həmçinin bildirib ki, Türkiyəyə qarşı terror fəaliyyəti ilə məşğul olanlar əvvəllər də məğlub olublar və gələcəkdə də məğlub olacaqlar. Türkiyə lideri bazar günü partlayışa görə məsuliyyət daşıyanların tapılaraq cəzalandırılacağına söz verib. Amerikanın Səsinin məlumatında qeyd olunur ki, hələlik hadisəyə görə məsuliyyəti heç kim öz üzərinə götürməyib. Geri qayıt |