Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Dmitri Peskovdan Rusiya ilə ABŞ arasında Türkiyədə danışıqların olduğu iddiası ilə bağlı AÇIQLAMA

Dmitri Peskovdan Rusiya ilə ABŞ arasında Türkiyədə danışıqların olduğu iddiası ilə bağlı AÇIQLAMA


15-11-2022, 10:01.
title}


Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ və Rusiya arasında danışıqların Ankarada aparıldığını təsdiqləyib. TASS xəbər agentliyi Peskovdan sitat gətirib: "Belə danışıqlar həqiqətən də olub. Bu, Amerika tərəfinin təşəbbüsü idi".

Civilazerbaijan.com
bildirir ki, eskov danışıqların təfərrüatlarını açıqlamayıb.

Reuters-in Ağ Ev rəsmisinə istinadən xəbər verdiyinə görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Vilyam Berns Rusiyanın nüvə silahından istifadənin nəticələrini müzakirə etmək üçün rusiyalı həmkarı ilə Ankarada görüşür.

"O, Ukraynadakı müharibənin müzakirə etmir, bununla bağlı danışıqlar aparmır" deyən rəsmi, Bernsin Rusiyada saxlanılan amerikalılarla bağlı məsələni qaldıracağını bildirib.

CNN tele-kanalı ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsinə istinadən xəbər verib ki, Berns Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinlə görüşüb. Danışıqların Rusiya ilə risklərin idarə olunmasına dair məlumat mübadiləsi və Rusiyada saxlanılan ABŞ vətəndaşları məsələsinin müzakirəsi məqsədilə aparıldığı bildirilib.

Kanalla söhbət edən şəxs onu da bildirib ki, görüş zamanı Berns Ukraynadakı müharibə ilə bağlı "heç bir müzakirə aparmır". O, Rusiyanın nüvə silahından istifadəsinin nəticələri və strateji sabitliyin eskalasiyası riskləri barədəki mesajı çatdırır.

Milli Təhlükəsizlik Şurasının sözçüsü əlavə edib ki, ABŞ Ukraynanı görüşlə bağlı Bernsin səfərindən əvvəl məlumatlandırıb. "Biz öz əsas prinsipimizə sadiqik: Ukrayna ilə bağlı Ukraynasız heç nə olmayacaq" deyib.

Rusiya və ABŞ arasında danışıqlar bundan əvvəl yanvarın 10-dan 13-dək Cenevrə, Brüssel və Vyanada keçirilib. Yanvarın 21-də ABŞ dövlət katibi Antoni Blinken və Rusiyanın xarici işlər naziri Sergey Lavrov Cenevrədə görüşüb.

Amerikanın Səsinin məlumatında qeyd olunur ki, bu danışıqlardan sonra Lavrov deyib ki, ABŞ təhlükəsizlik zəmanətləri ilə bağlı "yazılı cavab" verməlidir. Əvvəllər Rusiya bununla NATO-nun yeni üzvləri qəbul etməkdən imtina etməsini nəzərdə tuturdu.
Geri qayıt