Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Gürcüstan DTX İsrail vətəndaşının İranın sifarişi ilə öldürülməsinin qarşısını alıb

Gürcüstan DTX İsrail vətəndaşının İranın sifarişi ilə öldürülməsinin qarşısını alıb


15-11-2022, 16:55.
title}


Gürcüstanın əks kəşfiyyatı ölkə ərazisində İsrail vətəndaşının öldürülməsinin qarşısının alındığı haqqında məlumat yayıb. Bunun üçün Gürcüstana killer göndərilib. Qətlin sifarişçisi İran vətəndaşıdır.

Civilazerbaijan.com
bildirir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti məlumat verib.

Qətli üçüncü ölkədən keçməklə Gürcüstana gələn Pakistan vətəndaşı törətməli idi. Onun məxfi əlaqə vasitələri var idi və o, obyekti izləyirdi.

Silahın Gürcüstana çatdırılması ilə ikili vətəndaşlığı - Gürcüstan və İran vətəndaşlığı olan, Gürcüstanda daimi yaşayan şəxslərdən ibarət qrup məşğul olurdu. Silah gizli yerlərdə ötürülüb, bu zaman silahı daşıyan qrup və killer birbaşa əlaqə saxlamayıb, əlaqələndirmə xaricdən həyata keçirilib, Turanın məlumatında qeyd olunur.

DTX bir neçə nəfərin saxlanıldığını, odlu silah və döyüş sursatlarının, informasiya daşıyıcılarının müsadirə edildiyini bildirir. İstintaqın məxfiliyi məqsədilə digər təfərrüatlar açıqlanmır.
Geri qayıt