Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Rusiya raketləri Polşa ərazisini vurdu, ölülər və dağıntılar var

Rusiya raketləri Polşa ərazisini vurdu, ölülər və dağıntılar var


16-11-2022, 02:37.
title}


Noyabrın 15-də axşam saatlarında Ukraynaya atılan iki Rusiya raketi Polşanın Ukrayna ilə sərhədindən 5 km aralıda yerləşən Pşevodov kəndinə düşüb.

Civilazerbaijan.com
bildirir ki, Polşa KİV-in xəbərinə görə, raket zərbələri nəticəsində iki nəfər həlak olub, dağıntılar var.

Polşa radiosu xəbər verir ki, insidentlə əlaqədar Polşanın baş naziri Mateuş Moravetski Milli Təhlükəsizlik və Müdafiə Şurasını çağırıb.

ABŞ-ın yüksək rütbəli kəşfiyyat rəsmisi AP-yə bildirib ki, iki rus raketi NATO üzvü Polşaya düşüb və nəticədə iki nəfər ölüb.

Artıq bir sıra NATO üzvləri Polşaya dəstəyini və hərbi yardım göstərməyə hazır olduqlarını bildiriblər. NATO-nun qərargahı hələlik açıqlama verməyib.

Xatırladaq ki, bir NATO üzvünə hücum edən zaman NATO Nizamnaməsinin 5-ci maddəsi avtomatik olaraq işə düşür. Bu o deməkdir ki, NATO-nun bir üzvünə hücum bütün Alyansa hücum deməkdir, Turanın məlumatında qeyd olunur.
Geri qayıt