Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Sanksiyalardan yan keçmək “Avropa İttifaqına qarşı cinayət” sayılacaq
Sanksiyalardan yan keçmək “Avropa İttifaqına qarşı cinayət” sayılacaq28-11-2022, 22:04. |
Avropa Şurası sanksiya rejiminin pozulmasının Avropa İttifaqına qarşı cinayətlər siyahısına salınması barədə qərar qəbul edib. Civilazerbaijan.com bildirir ki, bu siyahı Aİ-nin Fəaliyyəti haqqında Müqavilədə nəzərdə tutulub. "Radio Svoboda"nın xəbərinə görə, hazırda belə cinayətlərə terrorizm, insan alveri, qadın və uşaqların cinsi istismarı, qanunsuz narkotik və silah ticarəti, korrupsiya, çirkli pulların yuyulması, ödəniş vasitələrinin saxtalaşdırılması, kibercinayətkarlıq və mütəşəkkil cinayət daxildir. Aİ Şurasının qərarı ilə bağlı verilən xəbərdə bildirilir ki, Avropa İttifaqı Rusiyanın Ukraynaya qarşı apardığı “əsassız və ədalətsiz müharibə”yə cavab olaraq Rusiya iqtisadiyyatına qarşı görünməmiş sayda sanksiyalar tətbiq edib. Sanksiya siyasətinin uğur qazanması üçün onlardan yan keçmə cəhdlərini dayandırmaq zəruridir. Sanksiyadan yayınmanın Aİ-yə qarşı cinayətlər siyahısına daxil edilməsi o deməkdir ki, indi Avropa Komissiyası direktiv hazırlamalı olacaq və ona əsasən, bütün Aİ ölkələri bu cinayətə görə cinayət təqibini öz qanunvericiliyinə daxil etməli olacaqlar. Direktivdə bu cinayətə görə minimum cəza da müəyyən ediləcək. Gözlənilir ki, sanksiyalardan yayınma ilə mübarizə tədbirləri Aİ-nin Rusiyaya qarşı hazırda müzakirə olunan 9-cu sanksiyalar paketinə daxil ediləcək, Toplum Tv-nin məlumatında qeyd olunur. Avropa Komissiyasının üzvü Didier Reynders daha əvvəl bildirmişdi ki, Avropa Komissiyasının direktivi digər məsələlərlə yanaşı, sanksiyalar rejimini pozmağa cəhd edənlərin aktivlərini dondurmayacaq, əksinə müsadirə edəcək – bu tədbir “Aİ-yə qarşı cinayətlərə” görə cəza kimi nəzərdə tutulub". Geri qayıt |