Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Ukrayna bu müharibədə qalib gələcək, Rusiya isə uduzacaq - ABŞ-ın ATƏT-dəki nümayəndəsi

Ukrayna bu müharibədə qalib gələcək, Rusiya isə uduzacaq - ABŞ-ın ATƏT-dəki nümayəndəsi


30-11-2022, 13:28.
title}


Çərşənbə axşamı ABŞ-ın ATƏT-dəki səfiri Rusiyanın Ukraynadakı son cinayətlərini, o cümlədən mühüm əhəmiyyətli infrastrukturun dağıdılmasını və nəticədə elektrik və istilik təchizatının kəsilməsini pisləyib: “Görünür, bu, hazırda general Surovikinin həyata keçirdiyi strategiyadır, lakin uğursuz olacaq”.

Civilazerbaijan.com
bildirir ki, bunu səfir Maykl Karpenter Dövlət Departamentinin Brüssel KİV Mərkəzinin təşkil etdiyi xüsusi onlayn brifinq zamanı deyib.

“Mən proqnozlaşdırıram ki, Ukrayna bu müharibədə qalib gələcək, Rusiya isə son nəticədə uduzacaq, çünki həqiqət Ukraynanın tərəfindədir və Rusiya beynəlxalq hüququn fundamental prinsiplərini pozur”, - o deyib.

Turan-ın müxbirinin “Vaşinqton Ukraynadakı hadisələri soyqırım adlandırmağa hazırdırmı?” sualına Karpenter belə cavab verib: “Əvvəlki bəyanatlarıma nəzər salsanız, görərsiniz ki, mən Rusiyanın Ukraynadakı vəhşiliyini təsvir edərkən sözlərimi əsirgəmirəm. İkinci Dünya Müharibəsi dönəmindən bu cür cinayətlərin və belə miqyasda olmadığını söyləməyi çox vacib hesab edirik”.

“Əlbəttə, biz 90-cı illərdə keçmiş Yuqoslaviyada baş verən faciələri gördük, Ruandada soyqırım oldu və digər kütləvi vəhşiliklər oldu. Amma bu qədər sayda qoşunun və nüvə gücünün iştirak etdiyi belə miqyasda hərbi münaqişəni görmək misli görünməmiş hadisədir... Düşünürəm ki, prezident Bayden ondan bu barədə soruşanda soyqırım məsələsinə toxunub və mən onunla tamamilə razıyam və bunu indi təkrar etməkdən məmnunam", - Carpenter deyib.
Geri qayıt