Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Baydenin Putinlə danışıqlar üçün ŞƏRTİ

Baydenin Putinlə danışıqlar üçün ŞƏRTİ


2-12-2022, 13:12.
title}

Foto: CNBC

ABŞ Prezidenti Co Bayden (Joe Biden) dekabrın 1-də Ağ evdə fransalı həmkarı Emmanuel Makronla (Emmanuel Macron) görüşüb. Tərəflər Rusiyanın Ukraynanı işğal etməsinə qarşı mübarizəni davam etdirmək öhdəliklərinə sadiq qaldıqlarını vurğulayıblar.

Civilazerbaijan.com
bildirir ki, iki lideri birgə bəyanatında qeyd olunur ki, Rusiya “geniş miqyasda sənədləşdirilən, həm nizami silahlı qüvvələrin, həm də Vaqner kimi muzdlu birliklərin Ukraynada törətdiyi vəhşiliklər və müharibə cinayətləri” üçün cavab verəcək.

Putin müharibəni bitirmək istəyərsə...

Bayden görüşdən sonra birgə mətbuat konfransında deyib ki, Rusiya Prezidenti Vladimir Putin “müharibəni bitirməyin yolunu axtararsa”, onunla danışmağa hazırdır. Makron isə Ukraynanın qəbul edə bilmədiyi kompromisə vadar olunmayacağı vədi verib.

İki lider Ukraynanın öz suverenliyi və ərazi bütövlüyünü müdafiəsinə dəstəyi, “nə qədər çəkərsə”, davam etdirəcəklərini bildiriblər. Bu dəstəyə ukraynalıların qışdan çıxmasına kömək edəcək əhəmiyyətli resurslar da daxildir.

Bəyanatda deyilir ki, ABŞ və Fransa Ukraynaya birbaşa büdcə dəstəyini davam etdirəcək, beynəlxalq maliyyə qurumlarını da dəstəyin artırmağa çağıracaq.

“Demək olar, hər şeydə razılaşırıq”

“Demokratik dəyərlərin və universal insan haqlarının qorunması hər iki ölkənin qəlbindədir”, –deyə vurğulanıb.

“Bu o demək deyil ki, biz hər şeyi ayrılıqda razılaşdırırıq. Ancaq o deməkdir ki, demək olar, hər şeydə razılaşırıq”, – Bayden Makronla görüşdən sonra deyib.

Makronun sözlərinə görə, iki ölkə okeanın hər iki tatında demokratiyaları qorumaqdan ötrü birgə məsuliyyət daşıyırlar, Ukraynadakı müharibənin birbaşa və dolayısı fəsadları ilə birlikdə üzləşirlər.

Bu il fevralın 24-də Ukraynaya irimiqyaslı hücuma başlayan Rusiya qərbin sərt sanksiyaları ilə qarşılaşıb.
Geri qayıt