Əsas Səhifə > Dünya > Azərbaycanda yaşayan Türkiyə vətəndaşları referendumla bağlı səs verirlər

Azərbaycanda yaşayan Türkiyə vətəndaşları referendumla bağlı səs verirlər


9-04-2017, 13:10.
title}
Azərbaycanda yaşayan Türkiyə vətəndaşları referendumla bağlı səs verirlər


Türkiyədə Konstitusiya dəyişiklikləri ilə əlaqədar aprelin 16-da referendum keçiriləcək. Bu ölkənin Azərbaycanda yaşayan vətəndaşları isə referendumla əlaqədar aprelin 9-da səs verirlər.

SİVİL.AZ xəbər verir ki, APA-nın məlumatına görə, Türkiyənin Bakıdakı səfirliyində, eləcə də Türkiyənin Gəncə və Naxçıvandakı baş konsulluqlarında seçki məntəqəsi açılıb.

Məntəqələr saat 09:00-dan 21:00-dək fəaliyyət göstərəcək.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral da referendumla bağlı səs verib v' bu referendumun türk xalqına uğur gətirəcəyini bildirib

Qeyd edək ki, Azərbaycanda 6 mindən çox türkiyəli seçici qeydiyyata alınıb.
Geri qayıt