Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > ABŞ Dövlət Departamenti: Rusiya konstruktiv dialoq ovqatında deyil

ABŞ Dövlət Departamenti: Rusiya konstruktiv dialoq ovqatında deyil


14-12-2022, 14:01.
title}


Çərşənbə axşamı Dövlət Departamenti Kremlin Ukrayna ilə sülh danışıqlarından imtina etməsini kəskin tənqid edib və Kiyevi “lazım gəldiyi qədər” müdafiə imkanları ilə təmin edəcəyini vəd edib.

Civilazerbaijan.com
bildirir ki, bu barədə Turan-ın Vaşinqton müxbiri məlumat verib.

“Görünür, ruslar hər fürsətdə Ukraynanın ədalətli sülh çağırışına daha çox eskalasiya və Rusiyanın konstruktiv dialoq əhval-ruhiyyəsində olmadığını açıq şəkildə etiraf etməklə cavab verirlər”, - departamentin nümayəndəsi Ned Prays gündəlik brifinqdə bildirib.

Kreml bundan öncə bəyan edib ki, əgər Kiyev işğal olunmuş əraziləri Rusiyanın əraziləri kimi tanımasa, Ukrayna münaqişəsinin nizamlanmasında irəliləyiş ola bilməz.

“Kiyevin ədalətli sülh baxışı Moskva tərəfdən qəbul edilməyib. Cavab Ukrayna şəhərlərinin bombalanması və raket zərbələri və enerji infrastrukturu da daxil olmaqla, mülki obyektlərə hücumlar olub”, - o deyib.

ABŞ və müttəfiqləri Ukraynaya təhlükəsizlik sahəsində zəruri yardımı, iqtisadi yardım, o cümlədən Ukrayna xalqının soyuq qışdan sağ çıxması üçün infrastruktur və humanitar yardım göstərəcək.

Praysın şərhi Amerikada bir neçə KİV-in Vaşinqtonun Ukraynaya “Patriot” raket əleyhinə müdafiə sistemləri göndərmək planları barədə məlumat yaymasından sonra səslənib.

Müdafiə naziri Lloyd Ostin bu planı təqdir etməli, prezident Bayden isə bu qərarı təsdiqləməlidir. Pentaqonun planı baş tutarsa, “Patriot” Ukraynaya göndərilən ən təsirli uzaqmənzilli hava hücumundan müdafiə sistemi olacaq.
Geri qayıt