Əsas Səhifə > Dünya > İspaniyada ABŞ-ın tələbi ilə rusiyalı proqramçı saxlanılıb

İspaniyada ABŞ-ın tələbi ilə rusiyalı proqramçı saxlanılıb


10-04-2017, 01:00.
title}
İspaniyada ABŞ-ın tələbi ilə rusiyalı proqramçı saxlanılıb


ABŞ-ın tələbi əsasında İspaniyada rusiyalı kompüter proqramçısı Petr Levaşov saxlanılıb.

APA-nın “Russia Today” telekanalına istinadən verdiyi məlumata görə, Sankt-Peterburq sakini haker hücumunda şübhəli sayılır.

Hadisə dünən axşam baş verib. Proqramçının həyat yoldaşı Mariya Levaşova bildirib ki, Barselonada oteldə istirahətdə olan zaman polis otelə daxil olub, həyat yoldaşını saxlayıb. Otaqdan elektron cihazlar da götürülüb. M. Levaşova polislərin ona həyat yoldaşının ABŞ-da prezident seçkilərinə müdaxilə ilə əlaqədar virus yaratmaqda şübhəli sayıldığını bildirdiklərini söyləyib.

Barselona Məhkəməsinin artıq iclası keçirilib və P. Levaşovun həbsi barədə qərar verilib.
Geri qayıt