Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Sağ xəbərlər > Son 20 ildə 1668 jurnalist öldürülüb - Sərhədsiz reportyorlar təşkilatının HESABATI

Son 20 ildə 1668 jurnalist öldürülüb - Sərhədsiz reportyorlar təşkilatının HESABATI


30-12-2022, 17:49.
title}

Foto: rsf.org/fr

Yeni il ərəfəsində “Sərhədsiz reportyorlar” təşkilatı bütün dünyada son 20 ildə öldürülən jurnalistlərlə bağlı hesabat dərc edib.

Civilazerbaijan.com
bildirir ki, hesabatda qeyd olunur ki, son iyirmi ildə dünyada 1668 jurnalist öz fəaliyyətinə görə öldürülüb. Bu, ildə 80-ə yaxın jurnalist deməkdir.

Ölənlərin sayı 2012 və 2013-cü illərdə pik həddə çatıb, o zaman Suriyadakı müharibə ilə əlaqədar müvafiq olaraq 144 və 142 jurnalist öldürülüb.

Ötən ildə öldürülən jurnalistlərin sayı 58 nəfər olub ki, bu da son dörd ildə ən yüksək göstəricidir və 2021-ci ildə olduğundan (51 jurnalist öldürülüb) 13,7 faiz çoxdur.

Son iki onillikdə KİV ilə bağlı ölümlərin 80 faizi 15 ölkədə baş verib. Ən çox ölənlərin olduğu iki ölkə İraq və Suriyadır. Son 20 ildə 578 jurnalist öldürülüb. Sonrakı yerdə Əfqanıstan, Yəmən və Fələstin gəlir.

Rusiya əvvəlkitək Avropanın ən ölümcül ölkəsi olaraq qalır. Son 20 ildə ən çox jurnalistin öldürüldüyü ölkədir. Vladimir Putin hakimiyyətə gələndən Rusiya mətbuat azadlığına sistemli hücumların şahidi olub. 2006-cı il oktyabrın 7-də Anna Politkovskayanın hay-küylü qətlini xatırlamaq kifayətdir.

2022-ci ildə Ukraynada gedən müharibədə 8 jurnalist həlak olub.

2015-ci ildə Parisdə “Charlie Hebdo” jurnalının ofisinə hücuma görə Fransa Avropa ölkələri siyahısında dördüncü yeri tutub.ş

Müharibənin olmadığı ölkələr də müxbirlər üçün hər zaman təhlükəsiz deyil. Belə ki, son iki onillikdə həmin ölkələrdə daha çox jurnalist öldürülüb, nəinki “müharibə zonalarında”. Çünki onlar mütəşəkkil cinayətkarlıq və korrupsiya faktlarını araşdırıblar.

2022-ci ildə jurnalistlərin 47,4 faizi Latın Amerikasında öldürülüb. Meksika, Braziliya, Kolumbiya və Honduras dünyanın ən təhlükəli 15 ölkəsi sırasındadır.

Asiyada da bu faciəli siyahıya bir çox ölkə, o cümlədən Filippin daxildir. 2003-cü ilin əvvəlindən orada 100-dən çox jurnalist öldürülüb, Pakistanda 93, Hindistanda 58 jurnalist öldürülüb.

Son 20 ildə 81 qadın jurnalist öldürülüb. Hesabatda bildirilir ki, Onlardan 52-si qadın hüquqlarının araşdırılmasına görə öldürülüb, hesabatda deyilir, Turanın məlumatında qeyd olunur.
Geri qayıt