Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Almaniyada kimyəvi terrorun qarşısı alınıb
Almaniyada kimyəvi terrorun qarşısı alınıb8-01-2023, 16:52. |
Almaniya polisi yanvarın 8-də genişmiqyaslı terror aktı hazırlamaqda ittiham olunan Şimali Reyn-Vestfaliya sakininin həbs edildiyini açıqlayıb. Civilazerbaijan.com bildirir ki, hüquq-mühafizə orqanlarının məlumatına görə, saxlanan şəxs sianid və risindən istifadə etməklə kütləvi zəhərlənmə planlaşdırımış. Risin kimyəvi maddəsi bioloji silah kimi təsnif edilir. Şübhəlinin adı açıqlanmasa da onun Almaniyanın qərbindəki Castrop-Rauxel kiçik qəsəbəsində yaşayan radikal dini cərəyana mənsub olan 32 yaşlı Iran vətəndaşı olduğu bildirilir. Məlumatda qeyd olunur ki, polis onunla birlikdə mənzildə olan digər şəxsi də saxlayıb. "Bild" qəzetinin yazdığına görə, Federal Cinayət İdarəsi şübhəlini bir neçə gün nəzarətdə saxlayıb. Hücumun hazırlanması ilə bağlı məlumat Almaniya təhlükəsizlik qüvvələrinə “dost kəşfiyyat xidməti”ndən daxil olub. Deutsche Welle radiosu ("Alman Dalğası") dörd il əvvəl Kölndə mənzildə risin maddəsi hazırlayan bir tunisli və onun alman həyat yoldaşının saxlandığını xatırladır. Azadlıq Radiosunun məlumatında qeyd olunur ki, mütəxəsislər cütlüyün hazırladığı risin maddəsinin 13 mindən çox insanın ölümünə səbəb ola biləcəyini deyiblər. Geri qayıt |