Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet > Ermənistan KTMT təlimlərindən imtina edib - RƏSMİ AÇIQLAMA
Ermənistan KTMT təlimlərindən imtina edib - RƏSMİ AÇIQLAMA10-01-2023, 14:11. |
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təlimlərini keçirməkdən imtina edib. Civilazerbaijan.com bildirir ki, bunu Baş nazir Nikol Paşinyan yanvarın 10-da mətbuat konfransında bəyan edib. Onun sözlərinə görə, müdafiə naziri artıq KTMT-nin birləşmiş qərargahına məlumat verib ki, yaranmış vəziyyətdə təlimlərin keçirilməsi məqsədəuyğun deyil. İstənilən halda, bu il təlimlər keçirilməyəcək, Paşinyan deyib. Laçın dəhlizinin açılması məsələsində Ermənistan hökuməti diplomatik alətdən istifadə etməlidir, yəni maksimum mümkün beynəlxalq təzyiq göstərməlidir. Bunu da Baş nazir Nikol Paşinyan yanvarın 10-da mətbuat konfransında deyib. “Laçın dəhlizində baş verənlər Dağlıq Qarabağ xalqının, Dağlıq Qarabağ ermənilərinin öz vətənində yaşamaq iradəsini qırmağa yönəlib və bu, məsələnin nəzərə almalı olduğumuz vacib kontekstidir”, – Paşinyan əlavə edib. Özünü ekofəallar adlandıran azərbaycanlılar dekabrın 12-dən Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın dəhlizində aksiya keçirir, Qarabağdakı filiz yataqlarının qanunsuz istismarına, bunun ekoloji fəsadlarına etiraz etdiklərini deyirlər. Ermənistan Qarabağ sakinlərinin blokadada qaldığını bildirsə də, Azərbaycan yolun humanitar məqsədlər üçün açıq olduğunu deyir. Yolun bağlanması nəticəsində Qarabağda ilkin tələbat, ərzaq məhsulları, o cümlədən dərman qıtlığı yarandığı bildirilir. Daha öncə baş verənlər Bundan öncə Ermənistanın ərazisində KTMT-nin “Sarsılmaz qardaşlıq – 2023” adlı təlimlərinin keçiriləcəyi deyilmişdi. Paşinyan ötən il noyabrın 23-də KTMT-nin Yerevanda keçirilən sammitində təşkilatın Kollektiv Təhlükəsizlik Şurasının bəyannaməsini imzalamaqdan imtina edib. O həmçinin Rusiyanın rəhbərlik etdiyi qurumu 2020-ci ilin 44 günlük müharibəsində Ermənistana kömək göstərməkdən imtina etməsinə görə kəskin tənqid edib. KTMT-yə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Rusiya daxildir. Azərbaycan 2020-ci il müharibəsi nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini bərpa edib. Qarabağda ermənilərin yaşadığı ərazilərə və Laçın dəhlizinə Rusiya hərbçiləri yerləşdirilib. Tərəflər sülh sazişi imzalamayıb, sərhədlər delimitasiya olunmayıb, Azadlıq Radiosunun məlumatında qeyd olunur. Geri qayıt |