Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Avropa İttifaqı liderləri Ukraynada səfərdədir - SƏBƏB

Avropa İttifaqı liderləri Ukraynada səfərdədir - SƏBƏB


3-02-2023, 00:01.
title}


Avropa İttifaqı (Aİ) liderləri cümə axşamı Ukrayna xalqına dəstək mesajı ilə Kyivə gedib.

Civilazerbaijan.com
bildirir ki, Ukrayna prezidenti isə Rusiyanın işğalının bir ilinin tamam olması ərəfəsində Rusiya qüvvələrinin təzyiqi artırdığı barədə xəbərdarlıq edib.

"Biz həmişə olduğu kimi Avropa İttifaqının Ukraynanın olduğundan da möhkəm dəstəklədiyini göstərmək üçün buradayıq. Dəstəyimizi və əməkdaşlığımızı daha da dərinləşdirmək üçün" - deyə, Avropa İttifaqı Komissiyasının sədri Ursula Von Der Leyen Tvitter hesabında yazıb.

Avropa İttifaqının xarici siyasət rəhbəri Cozef Borrell deyib ki, nümayəndə heyəti Kyivə Aİ-nin "ölkəsini müdafiə edən bütün ukraynalılara ən güclü dəstək mesajını" çatdırmaq üçün gəlib. O, Aİ Rusiya müharibəni başlayandan bəri Ukraynanın yanındadır və "qələbə qazanmaq və ölkənizi yenidən qurmaq üçün sizinlə olacaq" deyə, əlavə edib.

Avropa İttifaqı və Ukrayna liderləri təşkilatın münaqişəyə reaksiyasını, yenidənqurma və yardım səylərini, qlobal ərzaq təhlükəsizliyini və Ukraynanın Aİ-yə daxil olmaq üçün müraciətini müzakirə etmək üçün cümə günü keçiriləcək sammitdə görüşəcəklər.

Ukrayna prezidenti Volodimir Zelenski çərşənbə günü gecə etdiyi çıxışında deyib ki, Rusiya fevralın 24-ü, müharibənin birinci ildönümündə döyüş meydanında bəzi uğurlar qazandığını göstərməyə çalışır.

"Belə bir şəraitdə biz xüsusilə birləşməli, əsasən də milli maraqlara diqqət yetirməli və daha möhkəm olmalıyıq. Əminəm ki, biz belə də qalacağıq" - deyə Zelenski bildirib.

O, Rusiyanın Ukraynanın şərqində hücumlarını artırdığını qeyd edərək, vəziyyətin "daha da ağırlaşdığını" deyib.

Rusiya qüvvələri aylardır Donetsk vilayətindəki Baxmutun nəzarətini ələ almağa çalışır.

Amerikanın Səsinin məlumatında qeyd olunur ki, Rusiya raketinin yaxınlıqdakı Kramatorsk şəhərindəki yaşayış binasını dağıtmasından sonra xilasedicilər sağ qalanları axtarıb. Hücum nəticəsində azı 3 nəfər ölüb, 20 nəfər yaralanıb.
Geri qayıt