Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Türkiyədə dəhşətli zəlzələ: yüzlərlə ölən və yaralananlar var

Türkiyədə dəhşətli zəlzələ: yüzlərlə ölən və yaralananlar var


6-02-2023, 12:47.
title}


Bu gün – fevralın 6-da Türkiyənin cənubunda 7.9 bal gücündə zəlzələ olub.

Civilazerbaijan.com
bildirir ki, Zəlzələ Kiprdə, Livanda, Suriyada hiss olunub. Türkiyədə onlarla binanın dağıldığı, qarlı küçələrdə dağıntılar altında axtarış-xilasetmə işləri aparıldığı bildirilir.

Türkiyənin vitse-prezidenti Fuad Oktay yeraltı təkanlar nəticəsində ölənlərin sayının 284-ə çatdığını açıqlayıb.

O, 2323 nəfərin yaralandığını, 1710 binanın dağıldığını deyib.

Kahramanmaraş şəhəri ətrafına xilasetmə komandaları və təchizat təyyarələri göndərilib. “Dördüncü həyəcan səviyyəsi” elan edilib, yəni, beynəlxalq yardım istənilir.

Suriya dövlət mediası zəlzələ nəticəsində azı 100 nəfərin öldüyünü, onlarla insanın yaralandığını bildirir. Əsasən Hama, Hələb və Latakya vilayətlərində xeyli bina dağılıb.

Regionda bir çox bina Suriyada 12 ilədək çəkən vətəndaş müharibəsi nəticəsində onsuz da ziyan görmüşdü.

Birləşmiş Ştatlar Türkiyə və Suriyada zəlzələdən “dərindən narahat” olub, hadisələri yaxından izləyir. Bunu isə Ağ evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan (Jake Sullivan) Twitter-də yazıb.

“Türkiyə rəsmiləri ilə əlaqə saxlamışam, gərəkən bütün yardımı göstərməyə hazırıq”, – o vurğulayıb.

Türkiyə dünyada ən çox zəlzələ baş verən ölkələr sırasındadır. 1999-cu ildə İzmirdə 7.6 bal gücündə zəlzələ 1zı 17 min nəfərin həyatına son qoyub. 2011-ci ildə şərqi Van şəhərində zəlzələdə 500-dən çox insan həlak olub.
Geri qayıt