Əsas Səhifə > Dünya / Üst manşet > Ağ Ev bombardmanla bağlı sualları cavablandırdı
Ağ Ev bombardmanla bağlı sualları cavablandırdı9-04-2017, 13:55. |
"Bununla ciddi mesaj verdiyimizi düşünürəm". SİVİL.AZ Axar.az-a istinadla xəbər verir ki, bunu Ağ Evin sözçüsü Şon Spayser ABŞ-ın Suriyaya endirdiyi zərbələr haqda sualları cavablandırarkən deyib. O, ABŞ-ın kimyəvi silahdan istifadə mövzusunda olduqca həssas olduğunu bildirib: “ABŞ Prezidenti Donald Tramp Əsəd rejiminin kimyəvi silahdan istifadə edərək İdlibə hücumunu diqqətlə izləyirdi. Sonunda gecə hücum haqda qərar verildi. ABŞ bu mövzuda olduqca həssasdır. Bu hücum sırf Əsəd rejiminə istiqamətlənmişdi. Bununla dəqiq və ciddi mesaj verdiyimizi düşünürəm”. Qeyd edək ki, dünəngecə ABŞ Suriyanın Şayrat aviabazasına raket zərbələri endirib. Nəticədə 7 nəfər ölüb, yaralananlar var. Bazadakı rejimə məxsus bütün təyyarələrin məhv edildiyi bildirilir. Geri qayıt |