Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet > ABŞ prezidenti Co Bayden Kiyevə gedib - FOTOLAR

ABŞ prezidenti Co Bayden Kiyevə gedib - FOTOLAR


20-02-2023, 17:36.
title}


Rusiyanın işğalının bir illiyinə bir neçə günlər qalmış Ukraynaya elan edilməmiş səfər edən ABŞ prezidenti Co Bayden Kyivə "ölkənin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəyimizi göstərmək üçün" gəldiyini deyib.

Civilazerbaijan.com
bildirir ki, Kyivdəki Mariyinski sarayında Ukrayna prezidenti Volodimir Zelenski ilə birlikdə danışan Bayden artilleriya sursatları və tank əleyhinə silahlar da daxil olmaqla, ABŞ-ın 500 milyon dollarlıq yeni yardımını açıqlayıb. O, həmçinin bu həftə ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəyini bəyan edib.

Bayden "bir ildən sonra Kyiv dayanıb. Ukrayna da dayanıb. Demokratiya dayanıb. Amerikalılar sizinlədir, dünya da sizinlədir" deyib.

Bayden Ukrayna ordusuna yardım etmək və Rusiya iqtisadiyyatının "görünməmiş xərclər" verməsi üçün 50-dən çox ölkədən ibarət koalisiyanı bir araya gətirməkdən danışıb.

"Putin Ukraynanın zəif olduğunu və Qərbin parçalandığını düşünürdü. O, bizdən üstün olduğunu düşünürdü. Onun indi belə düşündüyünü düşünmürəm" - deyə, Bayden bildirib.

Zelenski Baydenə Ukrayna üçün böyük bir məqamda gəldiyinə görə təşəkkür edib və ABŞ lideri ilə döyüş meydanındakı vəziyyəti müzakirə etməyi səbirsizliklə gözlədiyini bildirib.

Bayden Zelenski ilə paytaxtdakı kilsəni ziyarət edərkən, Kyiv və Ukraynanın başqa yerlərində hava hücumu sirenləri eşidilib.

Bayden və Zelenski müharibədə həlak olan qəhrəmanların xatirəsinə ucaldılmış abidənin divarına əklil qoyub, Amerikanın Səsinin məlumatında qeyd olunur.

Xatırladaq ki, sonuncu dəfə Ukraynaya 2008-ci ildə ABŞ Prezidenti kiçik Corc Buş (George Bush)səfər edib. Bayden isə Barak Obama administrasiyası dövründə vitse-prezident kimi dəfələrlə Kiyevdə olub.

Rusiyanın işğalı başlayandan Ukraynaya səfər edən ən yüksək vəzifəli ABŞ rəsmisi Dövlət katibi Entoni Blinken (Anthony Blinken) idi.










Geri qayıt